Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
106127

Millət vəkili Türkiyədə Azərbaycan qadınları ilə bağlı geniş məruzə ilə çıxış edib

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Tibb üzrə Fəlsəfə foktoru Yazgül Abdiyeva Türkiyədə “Güclü qadınlar güclü yarınlar” adlı konfransda çıxış edərək Azərbaycan qadınlarından danışıblar.

Türkiyə Ticarət Odası Qadın Qolları təfərindən təşkil edilən tədbirin açılışında çıxış edən Aksaray Ticarət və Sənaye Odası Yönetim Kurulu Başkanı Ahmet Koçaş, Aksaray Ticarət Odası Qadın Qolları başqanı Aysun Akkurt, Aksaray millət vəkillərinin açılış çıxışlarından sonra millət vəkili Q.Paşayeva geniş məruzə ilə çıxış edib. Fəal siyasətçi, millət vəkili, alim və ictimai xadim, iş dünyasının tanınmış xanımların qatıldığı konfransda çıxışında millət vəkili Qənirə Paşayeva bildirib ki, çox təəssüf ki, qadın haqları sahəsində problemlərin tək qadınların deyil, bütün toplumun problemi olması düşüncəsi təəssüf ki, hələ də istənilən səviyyədə deyil. Təcrübələr göstərir ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülür, orada daha çox uğurlar var.
Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb və görülən işlərdə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb.
Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Milli Məclisin üzvü Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib. Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili Qənirə Paşayeva “biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”-, dedi. Dünyanın hər yerində bu kimi halların olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanın da sivil, inkişaf edən ölkələrdən biri olaraq bu mənfi hallara qarşı mübarizə aparan ölkələrdən biri olduğunu, bu istiqamətdə qanunların qəbul olunduğunu və işlərin getdikcə daha da sürətləndiyini deyib. “Gender bərabərliyi məsələsinə diqqətimizi
daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Dövlət qurumları, Qeyri-hökumət Təşkilatları, Mətbuat və Media bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik, “-millət vəkili Qənirə Paşayeva belə deyib. “Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Kişilər öz ailələrindən, evlərindən başlamalıdır bu nəcib işə – həyat yoldaşlarına qarşı bu cür hallara yol verməməklə…
 Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq… Bağçalardan, məktəblərdən başlamalıyıq maariflənirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Biz ətrafımızda baş verən bu cür mənfi hallara qarşı laqeyid və duyarsız olmamalıyıq və hər yerdə bu kimi hallara qarşı öz münasibətimizi bildirməliyik”, – deyə millət vəkili Qənirə Paşayeva qeyd edib. Tibb üzrə Fəlsəfə foktoru Yazgül Abdiyeva isə bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb vəartmaqda davam edir.
Millət vəkili Q.Paşayeva və Tibb üzrə Fəlsəfə foktoru Yazgül Abdiyeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində həyata keçirilən işlərlə barəbər Azərbaycanla da bağlı geniş məlumatlar veriblər və hər kəsi ölkəmizə dəvət edib, Azərbaycanı yaxından tanımaqdan məmnun olacaqsınız deyiblər. Tədbirin sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Tibb üzrə Fəlsəfə foktoru Yazgül Abdiyeva təşkilatçılara və tədbir iştirakçılarına Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə ediblər, sualları cavablandırıblar. Tədbirdə tanınmış yazar Mehtap Şafaq və ünlü iş qadını Mine Ataman da çıxış edərək qadınların cəmiyyətin bütün istiqamətlərində rolunun geniişlənməsinin vacibliyini vurğulayıblar. Millət vəkili Q.Paşayeva tədbirdən sonra bölgənin fəal qadınları və qadın təşkilatları rəhbərləri ilə də görüşüb və hər iki qardaş ölkə qadınları arasında əməkdaşlığın daha da genişləndiriməsi diqqət mərkəzində olub. Millət vəkili Q.Paşayeva bir sıra KİV-nin mövzu ətrafında suallarnı da cavablandırıb və geniş müsahibələr verib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Eynulla Fətullayev və Cəmil Həsənli dartışması…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: