Loading...
Loading...

Millət vəkili türk əsgərinin müdafiəsinə qalxdı

“Onların küçələrdə döyülməsi, həlak olan əsgərlərin dəfn edilməməsi faşizmdir”

Məlum olduğu kimi, Türkiyədə hərbi qiyam zamanı öldürülən türk əsgər və zabitlərinin dəfni zamanı dini ayinlərin icrasından imtina olunub. Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə baş verənləri insanlıqdan uzaq addım, faşizm kimi dəyərləndirib və türk əsgərinə bu münasibətin yolverilməz olduğunu bildirib:

“Bu cür fitva verənlərin özləri xalqın və dinin düşmənləridir. Ötən gün Türkiyə televiziyaında bir hadisə haqqında danışılırdı. İki gün əvvəl orduya çağırılan bir gənc bu hadisələr zamanı həlak olub, onu basdırmağa qoymurlar. Bu, faşizmdir. Əsgərlərin küçələrdə döyülməsi faşizmdir. Mən gözlərimə inana bilmirəm. Həmin Türkiyə ki, orada əsgərə mehmedcik,  yəni Məhəmmədin övladları deyilirdi, necə olur ki, indi onları kütlə döyür? O hərbçilər ki, onların başına and içirdilər, necə olur ki, onları zorakılığa məruz qoyurlar? Bunların hamısı hazırlanmış bir şeydir. Bu qiyamın özü də də mənə 91-cı ildə SSRİ-də olan KQCP-ni xatırlatdı. Mən inanmıram ki, türk hərbçiləri bu cür savadsız, səviyyəsiz qiyam hazırlasınıar. Türkiyənin zabitləri çox güclü zabitlərdir. Əgər onlar həqiqətən də qiyam etmək istəsəydilər, öz məqsədlərinə çatardılar. Insan qisas hissi ilə yaşamamlıdır. Insan qisas hissi ilə yaşayırsa, öz insanlığını itirir”.

 

Seymur Əliyev

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun dinc əhaliyə atəş açması barədə məlumatlar yalandır

Loading...
%d bloqqer bunu bəyənir: