Advertisements
24 saat

Millət vəkili Lənkəranskinin dəfnində – Foto


Məşhur avtoritet Rövşən Lənkəranski bir neçə saat əvvəl torpağa tapşırılıb.

Lənkərandan Axar.az-a verilən məlumata görə, dəfn mərasimində izdiham yaşanıb.

“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, millət vəkili Fəzail Ağamalı, Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndələri dəfndə iştirak edib.

Sakinlərin məlumatına görə, dəfndə kriminal aləmin nüfuzlu şəxsləri gözə dəyməyib. Amma bu gün ərzində onların yas mərasimində iştirak edəcəyi gözlənilir.

Mərhumun yaşadığı Kiçik bazar ərazisində təxminən 2 min nəfərlik ehsan süfrəsi açılıb.

Mərasim 7 gün davam edəcək.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: