Mikayıl Cabbarovla Misir Mərdanovun qanunsuz əməlindən – PREZİDENTƏ ŞİKAYƏT


Keçmiş və indiki təhsil nazirləri barədə prezidentə şok müraciət

Bakı şəhəri, Nərimanov rayonu Qədirbəyov küçəsi, ev 63A, mənzil 26 ünvanda qeydiyatda olan Cavadova Mənsurə Bayram qızı prezident İlham Əliyevə mürzciət edib. Müraciətin bir surətini də 24saat.org-a göndərən Mənsurə Cavadova keçmiş təhsil naziri Misir Mərdanovla yeni nazir Mikayıl Cabbarovu qanunları pozmaqda ittiham edir. Onun müraciətini xırda korrektələrlə təqdim edirik:

“Cənab Prezident!

Mən zəhmətkeş, coxuşaqlı ailə başçısıyam. Min bir əziyyətlə əkin-biçinlə qazandığım vəsait hesabına Bakı şəhəri Nərimanov rayonu Qarabag küçəsi 48 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Bakı şəhəri, Ə.Ağaoglu küçəsi, ev 7, mənzil 128-də yaşayan keçmiş mülkiyyətçi Əkbərov Telman Mənsur oğlundan 24 mart 2006-cı ildə notarial qaydada alqı-satqı müqaviləsi əsasında almışam. Azərbaycan Respublikasının Təhsil Nazirliyi mənim sahibliyimdə və mülkiyətimdə olan Bakı şəhəri Nərimanov rayonu Qarabag küçəsi 48 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Azərbaycan Respublikasının keçmiş Təhsil Naziri Misir Mərdanovla Bakı şəhəri, Ə.Ağaoglu küçəsi, ev 7, mənzil 128-də yaşayan əmlakımın keçmiş mülkiyyətçi Əkbərov Telman Mənsur oğlu arasında bağlanmış saxta 28 iyun 2007-ci il tarixli Öhdəlik Müqaviləsi əsasında qanunsuz olaraq sökmüşdür. Nəzərə alın ki, Bakı şəhəri Nərimanov rayonu Qarabag küçəsi 48 ünvanda yerləşən birmərtəbəli binanın bir hissəsindəki 95.4 kv.m olan qeyri-yaşayış sahəsi keçmiş mülkiyyətçi Əkbərov Telman Mənsur oğlu tərəfindən 24 mart 2006-cı ildə Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi əsasında mənim mülkiyyətimə verilmişdir. Yəni, Misir Mərdanovla Əkbərov Telman Mənsur oğlu arasında 28 iyun 2007-ci il tarixdə müqavilə bağlanarkən həmin qeyri yaşayış sahəsi üzərində hüquq mənə məxsus olmuişdur. Lakin, Misir Mərdanov mənim xəbərim olmadan keçmiş mülkiyyətçi Əkbərov Telman Mənsur oğlu ilə hazırkı saxta müqaviləni bağlamışdır. Təhsil nazirliyi Bakı şəhəri Nərimanov rayonu Qarabag küçəsi 48 ünvanda yerləşən 95.4 kv.m qeyri yaşayış sahəsini sökərək onun yerində Xalq Təhsili Muzeyi adlı qeyri yaşayış binası inşa etmişdir. Göründüyü kimi, Təhsil Nazirliyi qanunsuz olaraq mənim əmlakımı əlimdən alaraq əmlak hüquqlarımı pozmuşdur. Bu barədə mənim çoxsaylı şikayətlərimdən sonra Təhsil Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri mənim oglumla əlaqə saxlayaraq əmlakımın onlara qalması müqabilində real dəyərindən qat-qat aşağı qiymətdə mənə təkliflər edərək əmlakımı onlara satmağa məcbur edirlər. Mən faktiki olaraq notarial qaydada alqı-satqı müqaviləsi əsasında adıma olan əmlakımın dağıdılaraq yerində başqa bina tikildiyindən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən də adıma müvafiq Çıxarış ala bilmirəm.

Cənab Prezident!

Mən pozulmuş hüquqlarımın müdafiəsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə də müraciət etmişəm. 27.04.2016-cı il tarixdə Nərimanov rayon Məhkəməsində hakim Ramin Quliyevin icraatında işə baxılarkən tərəfimizdən məhkəməyə vəsatət verilərək cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mülkiyyətimdə olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində hündürmərtəbəli qeyri yaşayış sahəsi inşa edilməsinə əsas olan hüquq müəyyənedici sənədlər, Bakı Şəhər İcra hakimiyyəti tərəfindən tikiləcək binanın layihəsinin təsdiq olunub-olunmaması, buna dair AR Fövqəladə hallar nazirliyinin müvafiq Qurumları tərəfindən razılaşdırılmasına dair Rəy, və.s sənədlər tələb olunduğu halda Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən məhkəməyə belə bir razılığın olmadığı və hər hansı hüquq müəyyənedici sənədin olmadığı bildirilmişdir. Məhkəmədə məlum olmuşdur ki, Təhsil Nazirliyi tərəfindən inşa edilmiş “Müasir Təhsil Mərkəzi” adlı qeyri-yaşayış sahəsi qanunsuz tikilmiş, özbaşına tikilidir. Nəticə etibarı ilə bugünkü gündə Təhsil nazirliyi tərəfindən əmlakımın qanunsuz sökülüb yerində qeyri-yaşayış obyekti inşa edilməsi və əmlakımın da bir hissəsinin Təhsil Nazirliyi tərəfindən zəbt edilməsi nəticəsində əmlakıma Çıxarışın ala bilməməyim də əlavə problem yaratmışıdr. Təhsil nazirliyi tərəfindən isə nə əmlakımın zəbt edilmiş hissəsi boşaldılıb mənə təhvil verilir, nə də əmlakımdan tam olaraq istifadə etməyimə şərait yaradılır. Nazirliyin vəzifəli şəxsləri tərəfindən məqsəd bu yolla əmlakımı dəyərindən də aşağı qiymətə məcburi şəkildə məndən satın almaqdır. Bu qanunsuz hərəkət keçmiş Təhsil naziri Misir Mərdanov tərəfindən törədilsə də, hazirkı Təhsil naziri Mikayıl Cabbarov hərəkətsizlik göstərməklə bir sözlə Misir Mərdanovun əməllərini təkrarlayır. Baxmayaraq ki, dəfələrlə Mikayıl Cabbarova rəhbərlik etdiyi təşkilat tərəfindən hüquqlarımın pozulmasının qarşısının alınmasını xahiş etsəm də, görünür, bu işdə “maraqlı olan ” vəzifəli şəxslər bu məsələnin həllinə ciddi təkidli maraqları səbəbindən Təhsil Naziri Mikayıl Cabbarovu hərəkətsizlik nümaiş etdirməyə məcbur edir. Görünür, cənab Mikayıl Cabbarovun aşağı qurumlarına təsir mexanizmi yox dərəcəsindədir. Göstərilənləri nəzərə alaraq qannunsuz olaraq əmlakımı dağıdaraq mənə küllü miqdarda qəsdən zərər vurmuş şəxslərin barəsində qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi üçün müvafiq orqanlara göstərişlər verilməsini Sizdən xahiş edirəm.

Cənab Prezident!

Mənim artıq heç bir yolum qalmayıb, hadisələrin bu cür davam etməsi məni özünü öldürmə həddinə gətirib çıxarmışdır. Bu cür münasibət məni Preziden aparatının qarşısında intihar etmək səviyəsinə gətirmişdir. Adamın imkanı olmayanda, onun yiyəsi sahibi olmayanda elə onun əmlakını əlindən alarlar? Axi Siz prezident seçilərkən dediyiniz bir söz mənim diqqətimdə daima qalmışdır. Siz demişdiniz ki, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam.” Məhkəmədə Təhsil nazirliyinin nümayəndəsinin özünü sərbəst və arxayın aparması, məndə belə bir əminlik yaradır ki, görünür Təhsil Naziri Mikayıl Cabbarovun əmlakım üzərində olan “ güclü əli” Nərimanov rayon Məhkəməsinə də siraət edib.

Xahiş edirəm yaşadığım və Prezidenti olduğunuz Ölkəmdə mənim hüquqlarımın, o cümlədən əmlak hüquqlarımın qorunmasını təmin edəsiniz”.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Azərbaycanda ilk – 3D formatlı cizgi filmi çəkildi – VİDEO

%d bloqqer bunu bəyənir: