Advertisements
24 saat

Mikayıl Cabbarov pensiya yaşına çatmış müəllimlərdən danışdı

Pensiya yaşına çatmış və ya pensiyaya çıxmış müəllimlərin böyük təcrübəsi Azərbaycanın təhsil sistemi üçün yüksək əhəmiyyət daşıyır.
Bu sözləri bu gün jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu müəllimlərin potensialının istifadəsi müvafiq qanunvericiliklə nizamlanır:
“Bütün müəllimlərin bilik və təcrübələri Azərbaycanın təhsil sistemi üçün böyük əhəmiyyət daşıyır. Biz bir tərəfdən çalışırıq ki, gənc müəllimlər təhsil sisteminə daxil edilsin və bu yolla təhsil sistemi daha da müasirləşdirilsin. Digər tərəfdən isə, təcrübəli kadrların biliklərinin istifadə olunması da bizim üçün prioritet təşkil edir.”

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: