Metrostansiya açılışı 2018-ci ilə qaldı

Bakı Metropoliteni» QSC 25 ədəd yeni eskalator almağı nəzərdə tutur. Onların 17-si tikilməkdə olan və şərti «B3» adı verilən stansiyanın çıxışlarında quraşdırılacaq. Qalan 8 eskalatorsa «Xətai» və «Sahil» stansiyalarında mövcud olanların yenilənməsində istifadə ediləcək. Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində, Mərkəzi Hərbi Hospitalla üzbəüz yerləşən yeni metro stansiyasının tikintisi bu il yekunlaşdırılmalıydı. Metropilitenin rəhbəri Zaur Hüseynov mediaya müsahibəsində stansiyanın 2016-cı ildə açılacağını bənövşəyi xətt üzərində tikilən növbəti «B4» şərti adlı stansiyanın (Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında) 2017-ci ildə istifadəyə veriləcəyini bildirmişdi.

Metropolotenin mətbuat xidmətindən «Azadlıq» radiosuna bildiriblər ki, «B3» stansiyası 2018-ci ildən tez istifadəyə verilməyəcək. Bu stansiyada əlil sərnişinlərə 3 lift də quraşdırılacaq. Eskalator və liftlərin alınma, quraşdırılma və sazlanmasını təmin edəcək təchizatçı tenderlə müəyyənləşəcək. Gecikmənin səbəbi açıqlanmır. Bu il dövlət investisiya vəsaitlərinin bir hissəsinin (1 milyard 976,8 milyon manat) bölgüsündə Bakı Metropoliteninə vəsait nəzərdə tutulmamışdı.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Nazir İnstitut direktorunu işdən qovdu

%d bloqqer bunu bəyənir: