Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
107412

Metropoliteninin “Motodrom”da qaranlıq tunel əməliyyatı

“İlqar Xələfov elan etdiyi qərarını sonradan dəyişdi”

Ali Məhkəmənin hakimi İlqar Xələfovdan Moderator.az-a aşağıdakı məzmunda şikayət məktubnu daxil olub. Şikayətçi hakimi saxta sənəd əsasında bağlanan bağışlama müqaviləsinin ləğv olunması haqda qətnaməni məhkəmə zalında qismən, qətnamədə isə tam ləğv etməkdə ittiham edir:
“Mən Qədimov Abuzər 1937-ci il təvəllüdlüyəm, 3 övladım var. 08.10.2012-ci ildə həyat yoldaşım rəhmətə getdikdən sonra mənimlə birgə yaşamaq şərtilə, oğlum Qədimov Aqşin 2003-cü ildə ailə qurarkən yaşaması üçün ona aldığım Nəsimi r. A.Məhərrəmov küç., ev 45, 43 saylı 2 otaqlı mənzilini 2 qızımın arasında bərabər bölmək qarşılığında 12.12.2012-ci il tarixdə 43 saylı notariat kontorunda mülkiyyətimdə olan Yasamal r., Mətbuat pr., məh.501, ev 6 a, 34 saylı 4 otaqlı mənzilimi oğlumun adına bağışladım. Mənim məqsədim mirasımı övladlarım arasında ədalətli bölmək idi. O, mənim gözdən II qrup əlil olmağımdan, etibarımdan istifadə edərək yaşayış yerindən Forma 2 arayışı alarkən qızımın qeydiyyatdan çıxdığı barədə yalan məlumat verib və saxta arayış alıb. Nəsimi rayonundakı daimi yaşadığı mənzili mənim adıma bağışlasa da ailə üzvləri ilə qeydiyyatda olduğundan və notarial qaydada razılıq vermədiklərindən həmin mənzili qızlarıma verə bilmədim. Çünki məqsədi hər iki mənzili mənimsəmək idi. Oğlum öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, saxta sənəd əsasında, aldatma yolu ilə müqavilə bağladığından bağışlama müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi ilə 14.10.2013-cü il tarixdə Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim.
04.10.2013-cü il tarixdə ASAN 3 xidmətində Qədimov Aqşin həmin İş üzrə məhkəmə istintaqının getdiyi zaman məqsədli şəkildə məhkəmənin gedişatına mane olmaq üçün sözügedən mənzilə pasport qeydiyyatına düşmüşdür. Eyni zamanda məhkəmə gedişatı zamanı Ədliyyə Nazirliyinin ümumi şöbəsində rəis müavini vəzifəsində çalışan həyat yoldaşı Əhmədova Ülviyyə Mahmud qızının adından istifadə edərək təsir göstərmiş, məhkəmə prosesini süni surətdə müxtəlif  bəhanələrlə 2013-cü ildən 2015-ci ilin dekabr ayınadək 2 il müddətinə təxirə salmışdır.
Yasamal rayon Məhkəməsinin hakimi Zəfər Quliyevin sədrliyi ilə 06.11.2015-ci il tarixli 2(004)5047/2015 saylı qətnaməsi ilə iddia tələbim təmin edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmovanın sədrliyi ilə 14.04.2016-cı il tarixli 2(103)-2194/2016 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin hakimi İlqar Xələfovun sədrliyi ilə 18.10.2016-cı il tarıxdə (2[102]-4445/2016 saylı) keçirilən iclas zamanı hakim aydın şəkildə qətnamənin qismən ləğv edilərək Apellyasiya Məhkəməsinə yenidən baxış üçün göndərilməsi haqda qərarı elan etməsinə baxmayaraq, çıxarılan qətnamə sonradan qanunsuz olaraq dəyişdirilmiş və elan olunduğu kimi deyil, tam ləğv edilərək geri göndərilməsi haqda qətnamə çıxarılmışdır. Ali Məhkəmənin  saytında da eynilə qərarda dəyişiklik edilmişdir. Bunu məhkəmə prosesində iclas zalında kamera çəkilişlərini araşdırmaqla sübut etmək mümkündür.
Ali Məhkəmənin qərarı maddi hüquq normaları pozulmaqla çıxarıldığından, yəni iş üzrə səhv nəticəyə gəlməsi səbəbindən işin faktiki halları və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
Ali Məhkəmədə işə baxılarkən qızımın həmin evdə qediyyatda olması, mübahisəli mənzilə dair cavadehlər arasında bağışlama müqaviləsi bağlanarkən notariat kontoruna təqdim edilmiş  Forma 2 arayışında qızımın adının qəsdən göstərilməməsi və 43 saylı dövlət notariat kontorunda mənzilin  bağışlanılmasına qızımın yazılı razılığının olmaması tam sübuta yetirilsə də, məhkəmə tərəfindən bu faktlara düzgün hüquqi qiymət verilməmişdir.
2013-cü ildən bu günədək haqq-ədalətin bərpa olunması ümidilə məhkəmələrdə süründürməçiliklə üzləşirəm. Artıq 3 ildir ki, nankor oğlumun səyi nəticəsində 80 yaşımı da məhkəmələrdə başa vurdum.
Xahiş edirəm bu məsələni qəzetdə işıqalndırasınız”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Qonşular polisi arvadımın yatağından çıxarmışdılar” – MƏHKƏMƏDƏ İNTİM DETALLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: