24 saat

Metrodan istifadə edənlər azalıb


Bakı metrosundan istifadə edənlərin sayı azalır.  

Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, 2016-ci ilin yanvar-avqust ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında azalma müşahidə olunub.
Metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 2,7 faiz azalaraq 140,3 milyon nəfərə çatıb. Azalmanın səbəbi, iqtisadi aktivliyin aşağı düşməsi və indiyədək Bakıda işçi qüvvəsi kimi fəaliyyət göstənən region sakinlərinin bir hissəsinin bölgələrə qayıtmasıdır.

Amma hətta bu azalmadan sonra da Bakı Metropoliteni paytaxtın ən kütləvi nəqliyyat sistemidir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: