Loading...
Loading...
qubad-ibadoglu1

”Metroda gediş haqqı qalxa bilər”

“Avtobus və taksi xidmətində də gediş haqqları bahalaşacaq”

“Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilər. Bunun üçün müəyyən zəmin hələ bu il iyulun 15-dən sonra elektrik enerjisinin qiymətinin artırılması zamanı yaranmışdı”, – iqtisadçı Qubad İbadoğlu belə düşünür.

O, bu barədə “Facebook” səhifəsində yazıb.

 ”Qiymət artımına səbəb 8 milyonluq kəsir ola bilər”

Bildirib ki, o zamandan olan gözləntilərə 2017-ci ilin büdcə layihəsi son qoya bilər. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu da o deməkdir ki, “Bakı Metropoliteni” QSC-yə sərnişinaşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb:

“Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqqlarının artırılması yolu ilə ödənilə bilər. Çox güman ki, bu artım gələn il yanvarın 1-dən etibarən reallaşacaq. Yəqin ki, rəsmilər bu qərarı xüsusilə də Avropa və ABŞ-da olan qiymətlərlə müqayisə edib, əsaslandırmağa çalışacaqlar. Həqiqətən də dollarla ifadə olunan belə müqayisələr Azərbaycanda qiymətlər ucuzdur deməyə əsaslar yaradır”.

“Avtobus və taksi xidmətində də gediş haqqları bahalaşacaq”

İqtisadçı əlavə edir ki, amma bu zaman 3 məsələyə diqqət çəkmək lazımdır:

“Birincisi, Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır. Belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır. İkincisi, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir. Belə olan halda da metroda gediş haqqının bahalaşmasının istehlak qiymətləri indeksinə artırıcı təsiri çox olacaq. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqqlarının bahalaşmasına gətirib çıxaracaq”. azadliq.info

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

Qarabağda öldürülən erməniyə Türkiyədə abidə ucaldılıbmış – ERMƏNİ VƏ PKK TƏXRİBATI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: