Metroda gediş haqqı artacaq? – RƏSMİ CAVAB

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət etməyib.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat əsassızdır: “Metroda gediş haqqını biz qaldırmırıq. Buna Tarif Şurası qərar verir. Bu barədə bizdə məlumat yoxdur. “Bakı Metropoliteni” QSC metroda gediş haqqının artırılması barədə Şuraya müraciət etməyib”.

Qarabağa köçən rusiyalı milyoner — “Bu gün eşitdim ki, Zakir Qaralov məni axtarır…”

Sonrakı Yazı »

Vidadi Zeynalovun vəkili jurnalistləri təhqir edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: