Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Messini 22 ay həbs cəzası gözləyir

Argentina millisinin futbolçusu Lionel Messi 2 iyunda vergidən yayınmaq ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Avropa.info xəbər verir ki, Messini bu ittihamla 22 ay həbs cəzası gözləyir. Messi və meneceri işləyən atası Yorge Horasio 2007-2009-cu ildə İspaniya vergi orqanlarından 4,1 milyon avroluq vergi qaçırıb. Məhkəmə işinin 31 mayda başlayacağı bildirilir.

Messsinin özünə üç maddə ilə ittiham elan olunub. Vergidən yayındıqlarını etiraf edən Messi və atası daha əvvəl dövlətə 5 milyon avro cərimə ödəmişdilər.

Prokuror Messinin atası üçün 18 ay, Lionel Messinin özü üçün isə 22 ay həbs cəzası istəyib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Messi ağır zədələndi

%d bloqqer bunu bəyənir: