Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Messi barədə inanılmaz iddia

Argentina millisinin keçmiş məşqçisi Karlos Dibos şok iddia ilə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, fiziki hazırlıq üzrə sabiq mütəxəssis Lionel Messinin millidə baş məşqçilik etdiyini bildirib.

Dibosun sözlərinə görə, yığmanın heyətini məhz Messi müəyyənləşdirir. Bundan başqa milliyə baş məşqçi də Messinin istəyinə uyğun olaraq təyin edilir.

Karlos Dibos və Messi

“Niyə Dieqo Simeone Argentina millisinə gətirilmir? Çünki Messi onu millidə görmək istəmir. Yığmanın baş məşqçisini də o seçir. İstədikləri futbolçular da milliyə dəvət alır. Argentinada hamı bunu bilir, lakin heç kim açıq şəkildə deyə bilmir”,- deyə Dibos qeyd edib.

Karlos Dibos 2006-2008-ci illərdə millidə baş məşqçi Alfio Basilin köməkçisi vəzifəsində çalışıb. Karlos Dibos “Atletiko” klubunu çalışdıran Dieqo Simeonenin qardaşıdır.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Millimiz darmadağın oldu – FOTOLAR

%d bloqqer bunu bəyənir: