Now Reading:
"Messenger"dən gözlənilən – YENİLİK
Full Article 50 second read

"Messenger"dən gözlənilən – YENİLİK



“Facebook” şirkəti Windows 10 üçün olan Messenger-ə çoxdan gözlənilən yenilənməni təqdim edib.

24saat.org technote.az-a istinadən bildirir ki, artıq Windows 10 istifadəçiləri Messenger vasitəsilə audio və video zənglər edə biləcəklər. Sözügedən funksiya çoxdan iOS və Android platformalarında mövcuddur. Lakin indi bütün Windows 10 dəstəkli cihazlar üçün də aktiv olub. Zəng etmək üçün onlayn olan lazımi şəxsin istifadəçiyə klikləyərək zəng növündən asılı olaraq kamera və ya mikrofon ikonlarına klikləməlisiniz.

Zənglər internet üzərindən olduğu üçün yaxşı keyfiyyət baxımından yüksək sürətli internetin olması vacibdir. Şirkətin verdiyi məlumata əsasən onlar yenilənməni təzə təqdim etdikləri üçün bir çoxları hələki bu funksiyadan yararlana bilməyəcəklər. Lakin yaxın müddət ərzində sözügedən funksiya hamı üçün aktiv olacaq.

Bundan əlavə olaraq, şirkət həmdə Windows Phone üçün də Messenger yenilənməsini təqdim edib. Bu yenilənmədədə video zənglər aktivdir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: