Loading...
Loading...

Hacıbala Abutalıbov öz kadrına qarşı – Şok gəlişmə

Bakı meri Hacıbala Abutalıbov adı MTN-Rabitə işində hallanan kadrını vəzifəsindən kənarlaşdıra bilər. 24saat.org-un xəbərinə görə, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehrəliyev barəsindəki qalmaqallı xəbərləri ört-basdır etməklə bir müddət özünü təhlükədən qoruya bilib.

Amma faktların olması və Abutalıbovun mətbuatda tez-tez bu xəbərlərdən agah olması onun postunu itirmək məsələsini aktuallaşdırıb. Çünki R.Mehralıyev də Kürdəmirin icra başçısı Ceyhun Cəfərov kimi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovla yaxın münasibətlərə malikdir.

Kürdəmir şefi də işini itirə bilər. Məlumata görə, R.Mehralıyev üçün yeni vəziyyət yaranıb. Abutalıbov isə qalmaqallı kadrı ilə işləmək istəmir.

Belə ki, Mehralıyevlə Zeynalov yaxın qohum, daha doğrusu, dayı – bacıoğludurlar. R. Mehrəliyevin adı indiyədək çoxsaylı korrupsiya ittihamlarında keçib. Buna baxmayaraq, paytaxt meri Hacıbala Abutalıbov nəyə görəsə Departament rəisi ilə bağlı hər hansı ölçü götürmək istəməyib. R. Mehrəliyev maliyyə şöbəsinin rəhbəri olarkən də onun qeyri-şəffaf fəaliyyəti ilə bağlı iddialar səsləndirilirdi. Amma buna baxmayaraq, paytaxt başçısı Mehrəliyevin daha yüksək vəzifəyə təyinatına razılıq verib.

Mənbənin sözlərinə görə, son vaxtlar Hesablama Palatasının Departamentə daxil olan qurumlarda, o cümlədən, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərindəki yoxlamalarında çoxsaylı yeyintilər aşkarlanmaqdadır. Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmur, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibi müvafiq təlimatlara uyğun aparılmır, kreditor və debitor borclar mütəmadi artır. Bütün bunlar isə Mənzil-Kommunal Təsərrüfatı Departamentində korrupsiyanın nə qədər geniş miqyas aldığını göstərir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Azərbaycanda ŞOK OLAY: “Coca-cola”dan zəhərlənib öldü

%d bloqqer bunu bəyənir: