Loading...
Loading...

Meksikanın səfiri BANM-də olub…

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini Flores Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüş keçirib.

Görüş zamanı BANM haqqında geniş məlumat verən rektor Elmar Qasımov iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb. Elmar Qasımov Ali Məktəbin mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinin təşkili vasitəsi ilə tədris prosesinin təcrübə ilə vəhdətinin səmərəliliyi haqqında bəhs edib. O, Ali Məktəbin öz beynəlxalq əlaqələrinin genişləndirməsində maraqlı olduğunu və Meksikanın neft-qaz, energetika müəssisələri və ali təhsil ocaqları ilə işgüzar əlaqələrin qurulmasına hazır olduğunu bildirib. Rektor, həmçinin BANM-in artıq əcnəbi tələbələrin qəbuluna başladığını qeyd edərək meksikalı tələbələrin Ali Məktəbdə təhsil almaları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Səfir Xuan Rodriqo Labardini Flores Ali Məktəbdə olmasından məmnunluğunu ifadə edərək səmimi qəbula görə rektora minnətdarlığını bildirib. Meksika və Azərbaycan arasında xüsusilə, təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanların olduğunu və səfirliyin Meksikanın ali məktəbləri və müəssisələri ilə BANM-in əməkdaşlıq əlaqələrinin yaradılması üçün hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.
Görüşün sonunda səfirə BANM-in “Fəxri qonaq” diplomu təqdim olunub.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Əgər Qarabağ problemi olmasaydı…” – Ramiz Mehdiyev

Loading...
%d bloqqer bunu bəyənir: