Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mehriban Əliyevaya ŞOK MÜRACİƏT: “Bu Somalidə acınacaqlı vəziyyətdə yaşayan insanlar deyil” (FOTO)

 

Göyçay rayonu Natəvan küçəsi ev 8 də yaşayan Məcidova Lamiə Sarxan qızı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib.

AzToday.az-a daxil olan müraciətin sürətində Göyşay sakini ağır sosial -iqtisadi vəziyyətdə olduğunu yazır.

Müraciəti olduğu kimi təqdim edirik:

“Fotoşəkillərə baxın. Bu Somalidə acınacaqlı vəziyyətdə yaşayan insanlar deyil. Bu Göyçay rayonunda yoxsulluq, dilənçilik vəziyyətindən də aşağı vəziyyətdə yaşayan azərbaycanlı ailəsidir. 5 azyaşlı uşaqla bu gördüyünüz üstü açıq, döşəməsi olmayan hasarın içində yaşayırıq. Bir neçə vaxtdır intensiv yağan yağış artıq ailəlikcə bizi xəstəliyə düçar edib. Müayinə olunsaq bəlkədə vərəm xəstəliyinə düçar olmuşuq. Böyük uşağımızın 10, kiçiyin isə 1 yaşı olmaqla 5 uşağımız var. Ailədə heç kəs işləmir. Həyat yoldaşım iş olanda fəhləlik edir. Ancaq elə olur ki, aylarla iş olmur. Uşaqlarımızın 3-ü məktəbli olsada paltarları olmadığı üçün dərsə getmirlər. Həm də yeriməklərə taqətləri yoxdur. Günlərlə quruca çörək almağa imkanımız olmur deyə ac qalırıq. Heç bir yandan köməyimiz yoxdur. Evimizdə televizorumuz belə yoxdur. İşığımız, qazımız və suyumuz yoxdur. İşığımız olmayan hasarın içində içi tamamilə boş bir soyuducumuz var. Bu yaşamaq yox zülm çəkməkdir. Bəlkədə Azərbaycan Respublikasında acınacaqlı vəziyyətdə yaşayan ikinci belə bir ailə yoxdur. Dəfələrlə qəbullarda olsaqda yalan vədlər verilmiş, amma əməl edilməmişdir. Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevadan çox-çox xahiş edirəm, bizə kömək edin, imkan verməyin ki, bu günahsız azyaşlı körpələr aclıqdan, xəstəlikdən məhv olsunlar. Siz humanist, mərhəmətli və ədalətli insansınız. Mehriban xanım ümüdümüz Allaha və sizədir.

soyuducu

s1

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Sabah bu rayonlarda qaz olmayacaq

%d bloqqer bunu bəyənir: