Loading...
Loading...

Mehman Muradlı: “Məhkəmə “AXCP vəsiqələrini” sübut kimi qəbul etməyib”

Hakimiyyət tərəfindən AXCP sədri Əli Kərimlini nüfuzdan salmaq üçün yaradılan və Razi Nurullayevə həvalə edilən təşkilatla yollarını ayıran Rahib Hacıyev Moderator.az saytına verdiyi açıqlamada Nurullayevə qarşı ağır ittihamlar səsləndirib. R.Hacıyev iddia edir ki, Nurullayev saxta partiya biletləri düzəltməklə və “mühacir biznesi” ilə məşğul olub:

rahib_hacıyev

Rahib Hacıyev

“Rafiq Daşəmirli Əli Kərimlinin yanında təşkilat komitəsində işlədiyi vaxtlar onda şəkilsiz partiya biletləri var idi. Onlar da bu biletlərdən istifadə edərək kserokopiya vasitəsi ilə bu vəsiqələrin sayını artırdılar. Razi Nurullayev bu saxta vəsiqələri məhkəməyə təqdim edərək AXCP-nin onun yaratdığı qurum olduğunu sübut etmək istəyirdi.
Razi Nurullayevin yanında hüquqşünas kimi fəaliyyət göstərən Mehman Muradlı da bu faktı təsdiq edə bilər. Onlar bütün bu saxta işləri R.Nurullayevin ofisində həyata keçirdilər. Kserokopiya edib fotoşopla vəsiqələr düzəltdilər.
Üstəlik onu da deyim ki, Razi Nurullayev mühacir biznesi ilə də məşğul olur. Bir qrup insanlar bizim tədbirə gəlib əllərində AXCP-nin bayrağı ilə şəkil çəkdirir, sonra da çıxıb xaricə gedirlər”.
Məsələ ilə bağlı 24saat.org saytının suallarına cavab verən hüquqşünas Mehman Muradlı Rahib Hacıyevin ittihamı ilə bağlı bunları deyib:
mehman_muradli

Hüuquşünas Mehman Muradlı

“Rahib Hacıyevin dediyi mәsәlәlәrdәn xәbәrsizәm. Mәn sadәcә mәhkәmәyә tәqdim etmәk üçün partiya üzvlüyü vәsiqәlәri tәlәb etdim. Vәsiqәlәrin sürәtini bir neçә gün sonra mәnә verdilәr”.
– Bəs, vəsiqələrin əslini görmüsünüzmü? Məhkəməyə vəsiqələrin surətinimi təqdim etmisiniz?
 – Әslini görmәmişәm. Ofisә daimi getmirdim. Hәtta mәhkәmәyә tәqdim edilәn vәsiqәlәrin surәtini mәnә mәhkәmә önündә gәtirib çatdırdılar.
– Məhkəmə vəsiqələrin əslini tələb etdimi?
– Etdi. Lakin o vәsiqәlәri mәnә çatdırmadılar.
– Bəs, necə oldu ki, məhkəmə əsli olmayan vəsiqələri sübut kimi qəbul etdi?
– Surәtlәri işә әlavә etdi. Sübut kimi qәbul etmәdi.
 24saat.org saytı olaraq əldə etdiyimiz digər faktlarda isə Nurullayevin “mühacir biznesi” ilə məşğul olduğunu sübut edən vəsiqələrin fotosurətləri yer alır. Müəyyən səbəblərdən hələlik yayımlamağı məqbul bilmədiyimiz sənədlərin arasında saxta AXCP vəsiqələri ilə birlikdə, Z.Orucov imzalı “mətbuat vəsiqələri” də yer almaqdadır.
nnnnn
Məlumat üçün bildirək ki, Nurullayevin satışa çıxardığı saxta AXCP üzvlük vəsiqələrinin verilmə tarixi olaraq 100310 göstərilsə də, bəzi vəsiqə sahiblərinin bu tarixdə partiya üzvü olmaq üçün tələb olunan yaşda olmadıqlarını təsbit etmişik.
Mövzuya qayıdacağıq.
24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Siyəzən broyler”dən müdhiş saxtakarlıq – Özəl

%d bloqqer bunu bəyənir: