Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mehman Hüseynov və 3 N!DA-çı saxlanıldı və sərbəst buraxıldı – YENİLƏNDİ

24saat.org saytı xəbər verir ki, bu dəqiqələrdə saclanılan gənclərdən Samir Əsədli də sərbəst buraxılıb.

YENİLƏNDİ – Bu dəqiqələrdə Mehman Hüsynov və Məsud Əskər də sərbəst buraxılıb. Hazırda Samir Əsədli 12-ci polis bölməsindədir.

YENİLƏNDİ – 24saat.org saytının əldə etdiyi məlumata görə, artıq N!DA üzve Elçin Şərifzadə 12-ci polis bölməsindən buraxılıb.

24saat.org saytı xəbər verir ki, 28 Avqust 2016-cı il tarixində axşam saatlarında Sabunçu polisi tanınmış bloqqer Mehman Hüseynov və N!DA vətəndaş hərəkatının 2 üzvünü saxlayıb.

Bu barədə facebook profilindən yazan araşdırmaçı jurnalist Xədicə İsmayıl bildirib ki, Mehman Hüseynov, Elçin Şərifzadə, Məsud Əsgər vəSamir Əsədli Sabunçu rayon 12-ci polis bölməsinə aparılıb. Onların saxlanılmasının səbəbi kimi Sabunçu xəstəxanasında həkimlərin xəstəyə lazımi tibbi xidmət göstərmədiklərini çəkmələri göstərilir. İddiaya görə, xəstəxana rəhbərliyi bu görüntülərin yayılmasının qarşısını almaq üçün xəstəxanaya polis çağırıb.

Buna da baxın: – “Space” Heydər Əliyevin və İlham Əliyevin hakimiyyətə gəldiyi günü “Fəlakət Günü” adlandırdı

24saat.org saytının əldə etdiyi məlumata görə, saxlanılanlar arasında N!DA vətəndaş hərəkatının üzvü, o cümlədən VHP-nin sədr müavini Samir Əsədli də var.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

İŞİD-in 13 yaşlı KİLLERİNİN atası danışdı

%d bloqqer bunu bəyənir: