Advertisements
24 saat

Mehman Hüseynov polisə çağırılıb


Facebook-dakı tənqidi-satirik “Sancaq” səhifəsinin idarəedicilərindən bloqçu Mehman Hüseynov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə onun özü məlumat yayıb. Bloqçu qeyd edir ki, ona idarədən zəng ediblər.

“Bir az var mənə zəng edib deyiblər ki, təcili Bakı Şəhər Baş Polis İdarəsində olum. Mətbuat xidmətin rəhbəri mənimlə görüşüb, söhbət eləmək istəyir”.

Sentyabrın 30-da parlamentin plenar iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Məlahət İbrahimqızı Meydan TV və “Sancaq” səhifələrində dövlət rəhbəri ilə bağlı cəfəng məlumatlar yayımlandığını bildirib.

Mehman Hüseynov isə deputata belə bir cavab yazıb: “Siz bizləri pulnan aldığınız, susdurduğunuz televiziyalar, qəzetlər, saytlar ilə səhv salmayın. Onlar ölkədə olan məmur özbaşınalığını, saxta seçkiləri, ölkədə baş verən hadisələri çəkib göstərmirlər, gizlədirlər. Biz bunu eləməliyik, ölkədə baş verən hadisələri xalqa çatdırmalıyıq”, yazıb.

Məsələyə, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

Azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: