Loading...
Loading...
101532

Mehman Əliyevdən bədbin proqnoz

“Vəziyyət ağırlaşacaq, etirazlar artacaq”

“Yaxın gələcəkdə mövcud vəziyyətin daha da ağırlaşacağını, etirazların artacağını güman edirəm”. Bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirib. M.Əliyevin sözlərinə görə, əgər mövcud hakimiyyət vəziyyətin yaxşılaşması istiqamətində konkret addımlar atmazsa, o zaman proseslərin arzuedilməz məcrada inkişafı qarşısıalınmaz olacaq:
“Hazırda ölkədəki sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgin olduğu göz önündədir. Lakin daha pisi odur ki, vəziyyət getdikcə daha da ağırlaşır və hökumət bu tendensiyanın qarşısını almaq üçün heç bir addım atmır. Vəziyyətin yaxşılaşması üçün heç bir proqram ortaya qoyulmayıb, heç bir islahat aparılmır. Bu isə o deməkdir ki, vəziyyət pisləşməkdə davam edəcək və bu da öz növbəsində ciddi etirazlara səbəb olacaq. Çünki bunun əksini düşünmək üçün hələ ki, heç bir səbəb yoxdur”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Hüquq müdafiəçisi üzərindən məhkumluğun götürülməsini istəyir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: