Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Medvedev Bişkekdə səfərdədir

Rusiyanın baş naziri Dimitry Medvedev Bişkekdə ikigünlük rəsmi səfərdədir.

O səfər zamanı ölkə rəsmiləri ilə görüşəcək və MDB ölkələrinin toplantısında iştirak edəcək.

Medvedev iyunun 6-da prezident Almazbek Atambayev və baş nazir Sooronbai Jeenbekovla görüşüb.

Danışıqlar zamanı əsasən iki ölkə arasındakıticarət əlaqələri və Rusiyanın “Qazprom” şirkətinin ölkəyə sərmayə qoyması da daxil olmaqla iqtisadi əməkdaşlıq məsələsi müzakirə olunub.

İyunun 7-də isə Medvedevlə Jeenbekov MDB ölkələri dövlət başçıları şürasının toplantısına qatılacaqlar.

Qeyd edək ki, Rusiya Qırğızıstanın əsas ticarət tərəfdaşlarından biridir.

2015-ci ildə Qırğızıstanın ümumilikdə ticarət dövriyyəsinin təxminən 30 faizi Rusiyanın payına düşür.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rus yazıçıdan şok çağırış: “Qazaxıstanı işğal edək”

%d bloqqer bunu bəyənir: