Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mediada ordu ilə bağlı tənqidi yazılar niyə “yoxa çıxıb”?

Arif Əliyev: “Burada həm məsuliyyət, həm də qorxu amili var”

Artıq bir neçə aydır ki, ölkə mediasında ordu və təmas xəttindəki vəziyyətlə bağlı heç bri tənqidi yazıya rast gəlmək mümkün deyil. Maraqlıdır, ordu ilə bağlı tənqidi yazıların yoxa çıxmasına səbəb nədir? Bu, media və dövlətin həmrəyliyinin təzahüridir, yoxsa azad medianın qorxudulması və təhdid hesabına susdurulması gerçəyinin nümunəsi?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev burada hər iki amilin yer aldığına diqqət çəkdi:
“Tənqidi yazı məqsəd deyil. Məqsəd həqiqətdir. Əgər ictimaiyyəti narahat edən, gələcəkdə ciddi problemə səbəb ola bilən hansısa mənfi xüsusiyyətlər varsa, media bunu əlbəttə ki, aşkarlamalıdır. Amma ordu kimi məsələlərdə qərəzli olaraq olaylara tənqidi yanaşmaq, məhz qara rəngləri axtarmaq, vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışmaq, arzuedilən hal deyil və təqdir edilə bilməz. İndiki halda mediada ordu və ya cəbhədəki vəziyyətlə bağlı tənqidi yazıya rast gəlinməməsinin səbəbinə gəlincə, hesab edirəm ki, burada yuxarıda qeyd etdiyiniz hər iki amilin təsiri var. Biz jurnalist təşkilatları daxilində təşkil edilən müzakirələrdən də gördük ki, burada həm mövzuya həddindən artıq həssas yanaşmaq, məsuliyyəti dərk etmək zərurəti, həm də ehtiyat etmək və qorxmaq kimi amillər yer alır”.

Seymur Əliyev

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ermənilər 6 azərbaycanlı dinc sakini öldürdü – Cəbhədə

%d bloqqer bunu bəyənir: