Now Reading:
Mayın 30-da “Xəzər Lənkəran” fəaliyyətini dayandıra bilər
Full Article 30 second read

Mayın 30-da “Xəzər Lənkəran” fəaliyyətini dayandıra bilər



“Xəzər Lənkəran” futbol klubunun taleyinə mayın 30-da aydınlıq gələcək. Klubdan verilən məlumata görə, bazar ertəsi keçiriləcək daxili toplantıda komandanın gələcək fəaliyyəti müzakirə olunacaq.

2015-2016 mövsümünün yekunlarına əsasən, “ağ-yaşıllar”ın Azərbaycan Premyer Liqasında 10 komanda arasında sonuncu yeri tutublar. Reqlamentə əsasən, bu halda klub növbəti mövsüm I Divizionda mübarizə aparmalıdır. Üstəlik, AFFA Lisenziya Komissiyası “Xəzər Lənkəran”a Premyer Liqada iştirak üçün lisenziya verməyib. Klub sənədlərindəki çatışmazlıqları mayın 30-dək aradan qaldırmalıdır.

Klubdan bildirilib ki, iclasda komandanın Premyer Liqada iştirak üçün lisenziya sənədlərini AFFA-ya təqdim etmə və ya fəaliyyətini dayandırma qərarını verəcəyi gözlənilir.(report.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: