“Matç 90 dəqiqədir” – Ərdoğana SUİ-QƏSD CƏHDİ


Hərbi çevrilişə cəhd zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdi ilə bağlı 47 şübhəli haqqında hazırlanan iddianamə Muğla 2-ci Kriminal Məhkəməsi tərəfindən qəbul edilib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sui-qəsd cəhdində adı çəkilən 50 nəfərdən 3-ü hazırda axtarışdadır.
Həbsxanada olan şübhəlilərdən M.Ö.-nün sui-qəsd cəhdində iştirak edən başqa birinə yazdığı qeyd ortaya çıxıb. M.Ö. qeyddə 15 iyulun son deyil, bir başlanğıc olduğuna inam ifadə olunub. “15 iyul son deyil, başlanğıcdır. Matç doxsan dəqiqədir, hələ bitməyib”, – qeyddə bildirilir.
Məlumata görə, qeyd həbsxananın bir kamerasından başqa bir kameraya göndərilərkən ələ keçirilib.

Paylaş:

Əliyev, Ərdoğan və Putinin sinxron hərəkətinin sirri:“ABŞ BU 3 ÖLKƏDƏ HAKİMİYYƏTİ DƏYİŞMƏK İSTƏYİR” – TƏHLİL

Sonrakı Yazı »

Gürcüstan şirkətləri “Microsoft”a 100 min dollar kompensasiya ödəyəcək

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: