Loading...
Loading...
masin2

Maşınında pərdə olanların DİQQƏTİNƏ: 2 həftəniz var

Noyabrın 15-də sürücülərə pərdə və plyonkadan istifadəyə verilmiş icazənin müddəti başa çatır.

Oxu.az xatırladır ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 “Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi – Ümumi texniki şərtlər” dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib, həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

Qeyd edək ki, yol polisi noyabrın 16-dan artıq bu qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayacaq. Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.

24saat.org
Loading...

Cahangir Hacıyevdən ictimaiyyətə sensasion müraciət

Sonrakı Yazı »

“WhatsApp” istifadəçilərinə virus – XƏBƏRDARLIĞI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: