24 saat

Masallıda qanlı olay: həmkəndlisini öldürüb, qaçdı


Masallıda qətl törədilib.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Bədalan kənd sakini, 1977-ci il təvəllüdlü Afiq Yusubov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1971-ci il təvəllüdlü Əzim Əzimovu bıçaqlayaraq öldürüb. A.Yusubov qətli törətdikdən sonra qaçıb.

Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: