Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mars

Marsda qeyri-adi tapıntı

“Curiosity” kosmik aparatı Mars planetinin səthində dairəvi formaya malik metal meteorit aşkarlayıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Gizmodo” informasiya agentliyi yazır.

Nəşrin məlumatına əsasən, “Curiosity” qeyri-adi tapıntıya ötən həftə Şarp dağının ətəyində rast gəlib. “Egg Rock” adlandırılan meteoritin diametri dörd santimetrdir.

Tədqiqatçılar hesab edirlər ki, səma cisminin forması Qırmızı planetin atmosferinə daxil olması nəticəsində formalaşıb.

ABŞ-ın Arizona universitetinin alimlərinin fikrincə, meteoritin tərkibi nikel və dəmirdən ibarətdir. Səma cisminin yaxşı vəziyyyətdə qalması Marsda oksigenin olmaması ilə izah edilir.

Qeyd edək ki, “Curiosity” kosmik aparatı Mars planetinə NASA tərəfindən 26 noyabr 2011-ci il tarixdə göndərilib. Aparat 6 avqust 2012-ci il tarixində Qırmızı planetin səthinə Qeyl krateri rayonunda eniş edib. Bu NASA-nın “Mars Science Laboratory” proqramı çərçivəsində Qırmızı planetə göndərdiyi üçüncü aparatdır.

Şarp dağı Qeyl kraterinin mərkəzində yerləşir. Hündürlüyü 5,5 kilometrdir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıdan göndərilən ərzaq müharibənin qarşısını aldı – SİRR AÇILDI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: