Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
mars

Marsda həyatın mövcud olmasına dair sübutlar tapılıb

Arizona ştatı Universitetinin geofizikləri Marsda “Spirit” kosmik aparatı tərəfindən aşkar edilən silisium-dioksid çöküntülərinin Çilidə El-Tatio qeyzerlər vadisində formalaşan çöküntülər ilə oxşar olduğunu müəyyən ediblər. Yer kürəsində bu geoloji strukturların canlı orqanizmlərin fəaliyyəti nəticəsində formalaşmasını nəzərə alan alimlər belə qənaətə gəliblər ki, “Qırmızı planetdə” həyatın mövcüd olmasına dair sübutlar əldə ediblər.

Oxu.az-ın məlumatına görə, tədqiqatçıların məqaləsi “Nature Communications” jurnalında dərc olunub.

Marsda silisium çöküntüləri “Spirit” aparatı vasitəsi ilə 2007-ci ildə Qusev krateri rayonunda aşkar edilib. Tədqiqatın nəticələri göstərir ki, qədimdə bu krater su ilə dolu olub. Alimlərin fikrincə, çöküntülər hidrotermal mənbələrə yaxın yaşayan mikroorqanizmlərin həyat funksiyaları nəticəsində əmələ gəlib.

Alimlər bu mineralları Çilinin El-Tatio rayonunda formalaşan vulkanik süxurlarla müqayisə ediblər. Məlum olub ki, hər iki mineral öz strukturu və spektral xüsusiyyətləri ilə çox oxşardı.

Geoloqlar hesab edirlər ki, NASA-nın yeni əraziləri tədqiq etmək marağına baxmayaraq gələcəkdə Qusev krateri rayonunun öyrənilməsi davam etdirilməlidir. Belə ki, silisiumun daha ətraflı analizi Marsda qədim həyat izlərinin tapılmasına kömək edə bilər.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ana qızının əvəzinə özü uşaq dünyaya gətirdi – MARAQLI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: