Loading...
Loading...

Marketlərdə qiyməti əl yandıran “Şuşa” konyakı peyda oldu…

İşğaldan azad ediləcək Şuşada “Şuşa” konyakını içmək azərbaycanlılara nəsib olacaqmı?

Supermarketlərdə üzərində “Şuşa” adını daşıyan, sadəcə adı ilə deyil, həm də qiyməti ilə insanları təəccübləndirən konyak məhsullarının satışa çxıarılması diqqətimizi cəlb edib…
Moderator.azəməkdaşının marketlərin birindən çəkdiyi şəkildən də göründüyü kimi, müştərilərə 110 manata təklif olunan “Şuşa” konyakı öz xarici görünüşünə, qeyri-adi qablaşdırılmasına görə də diqqət çəkir. Lakin “Şuşa” konyakı ilə bağlı ən çox düşündürücü məqam onun qiyməti deyil, işğal altındakı şəhərimizin adının spirtli içkiyə verilməsinin nə dərəcədə doğru olub-olmamasıdır.
Şübhəsiz, əgər ölkəmizdə “Şuşa”adını daşıyan silah-sursat istehsalı reallaşsaydı və ya “Şuşa” adını daşıyan hərbi-idman klubları, hərbi düşərgələr təşkil olunsaydı, bu addda təlim-tədris mərkəzi, musiqi məktəbi və s. açılsaydı, o zaman buna nəinki normal, hətta təqdirəlayiq hal kimi baxmaq olardı. Lakin Qarabağın tacı sayılan, 24 ildən çoxdur ki, işğal altında qalan bir şəhərin adının hansısa spirtli içkiyə verilməsi, bu adın spirtli içkilərdə yaşadılması xeyli dərəcədə mübahisəli və birmənalı qarşılanmayan bir addımdır.
“Şuşa” konyakının qiymətinə gəlincə, bu qiymətin Azərbaycan reallığında kifayət qədər yüksək olduğu şərhsiz də hər kəsə bəllidir. Lakin bu qiymətin bəlli bir emal prosesindən sonra, müəyyən iqtisadi əsaslar və hesablamalar əsnasında müəyyənləşdirildiyini nəzərə alıb, bu barədə hər hansı fikir yürütmək niyyətində deyilik. Ancaq bu gün üçün aydın olan bir həqiqət var ki, bu da öncə Şuşanın işğaldan azad edilməsinin vacibliyidir. Yalnız bundan sonra “Şuşa” adı ilə hansısa biznes maraqlarının qorunması mənəvi-məntiqi baxımdan daha məqsədəuyğun hesab edilə bilər.
Sonda arzu edək ki, bu konyak işağldan azad edilmiş Şuşada, Cıdır düzündə qələbə ziyafəti zamanı masaların bəzəyinə çevrilsin. O zaman Şuşanın da, onun adını daşıyan konyakın da qiyməti bilinəcək…

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Kolleclərə 1200-dən çox boş plan yerləri qalıb

%d bloqqer bunu bəyənir: