Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Mançester Yunayted”dən dünyanı şoka salacaq transfer

Joze Mourinyonu baş məşqçi postuna gətirən “Mançester Yunayted” transfer çalışmalarını davam etdirir. ANS PRESS-in məlumatına görə, “qırmızı şeytanlar” dünyanın ən bahalı transferini reallaşdırmaq istəyir.

Mançester təmsilçisi öz yetirməsi hesab olunan, 2012-ci ildə “Yuventus”a pulsuz keçən Paul Poqbanı geri qaytarmaq istəyir. “Mançester Yunayted” bu transfer üçün İtaliya klubuna 100 milyon avro təklif edir. Mançester təmsilçisi bu transfer üçün böyük məbləğdən belə keçməyə hazırdır.

Paul Poqba

Bu keçid baş tutsa, dünyanın ən bahalı transferi olacaq. Hazırda ən bahalı transfer Kriştiano Ronaldo hesab olunur. O, 2009-cu ildə “Mançester Yunayted”dən “Real”a 94 milyon avroya keçib. 2009-2012-ci illərdə komandanın formasını geyinən və 2011/12 mövsümündə əsas heyətə cəlb olunan fransız yarımmüdafiəçi 2012-ci ildə transfer haqqı ödənmədən “Yuventus”a keçib. “Transfermarkt”ın 70 milyon avro qiymət qoyduğu 23 yaşlı ulduz başa çatan mövsümdə oynadığı 49 oyunda 10 qol vurub.

Ötən il dekabrın 16-da “Çelsi”dən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə “Çelsi”yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyer Liqanın və Liqa Kubokunun qalibi etmişdi. Lakin cari mövsümdə komanda uğursuz çıхış edib. Premyer Liqadan fərqli olaraq Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

“Avro-2016” başlayır

%d bloqqer bunu bəyənir: