24 saat

“Mançester Yunayted” oyundan sonra maykaları rəqiblərlə dəyişməyə qadağa qoydu


“Mançester Yunayted” futbol klubunun rəhbərliyi matçlardan sonra oyunçulara futbol maykalarını rəqiblərlə dəyişməyə qadağa qoyub.

TASS xəbər verir ki, qərar idman geyiminin istehsalında maliyyə vəsaitinə qənaət etmək məqsədi daşıyır.

Maraqlıdır ki, sponsor müqaviləsinə əsasən, “Mançester Yunayted” ildə idman geyimi istehsal edən “Adidas” şirkətindən 75 milyon funt sterlinq alır. Həmçinin, klub “Forbes” jurnalının versiyasına görə, dünyanın ən zəngin klublarından biridir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: