Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Manatı zorla saxlamaq uğursuz yanaşmadır”

Mərəkəzi Bankın yaydığı bəyanat cəmiyyətdə narahatlıqla qarşılanıb. Bank bəyan edib ki, bir il ərzində rezervləri 51 % azalıb.

Maraqlıdır, manatı hansı aqibət gözləyir?
Mərkəzi Bankın qanunvericilik şöbəsinin eks rəisi, vəkil Əkrəm Həsənov Moderator.az – a açıqlamasında Mərkəzi Banka çıxış yolları göstərib:
“Mərkəzi Bankın bir neçə variantı var:
1) devalvasiyaya getmək və ehtiyatlarının əriməsinin qarşısını almaq. Bank bunu qismən edir artıq.
2) Manatın məzənnəsini zorla saxlamaq və beləliklə də ehtiyatlarından tam məhrum olmaq.
Düzdür, bundan sonra hələ Neft Fondunun da ehtiyyatları var və onları da sabit məzənnə ugrunda qurban vermək olar;
3) manat kütləsini sıxmaq, yəni banklara kredit verməmək, bu halda devalvasiya da olmayacaq, ehtiyyatlar da əriməyəcək, çünki dollar almaq üçün manat olmayacaq, amma nəticədə iqtisadiyyat tam çökəcək, çünki manatsız iqtisadiyyat qansız bədəndir. Biz artiq pis və ən pis seçimlər arasındayıq, bu, yarıtmaz iqtisadi siyasətin nəticəsidir. Optimal variant birincidir, yəni devalvasiya və bu bazar iqtisadiyyatı prinsiplərinə uyğundur. Manatı zorla saxlamaq uğursuz yanaşmadır”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dollar manata qarşı möhkəmlənməkdə davam edir

%d bloqqer bunu bəyənir: