Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Manat üçün şok proqnoz: 6 MANAT 1 DOLLAR OLA BİLƏR

Ekspertlər hökumətin «təzyiq» siyasətinin «partlayış» effekti yaradacağını düşünürlər.

Ötən ilin dekabrında start götürmüş devalivasiya qorxusu cəmiyyəti yenə ağuşuna alıb. Politika.Az xəbər verir ki, ötən günlərə qədər eniş dövrünü yaşayan dollar, həftə sonundan etibarən yenidən dəyər qazanmağa başlayıb. Bu yüksəlişin konkret səbəbləri rəsmi qurumlar tərəfindən açıqlanmasa da, işin içində problemin olduğu inkaredilməzdir.

Qeyd edək ki, beynəlxalq maliyyə təşkilatları da artıq manatla bağlı bədbin proqnozlar verirlər. Məsələn, ötən həftə «Blumberg»in yaydığı məlumatda vurğulanırdı ki, iki dəfə devalivasiyaya uğramış manatı ilin sonuna qədər risqli bir dönəm gözləyir. Belə ki, Azərbaycanın milli valyutasının arxasında real iqtisadiyyatın dayanmaması pulu dəyərdən salmağa davam edəcək. Bu dəfə neftin bahalaşması belə prosesi önləməyə imkan verməyəcək.

Politika.Az xəbər verir ki, Azərbaycan hökuməti, xüsusən də Mərkəzi Bankı devalivasiya qorxusunun olmadığını bəyan edirlər. Hərçənd analoji açıqlamalar ötən ilin fevral və dekabrında da verilmişdi. Lakin üzərindən bir neçə gün keçən kimi, manat sürətli şəkildə dəyərdən düşməyə başladı.

Bildirək ki, ilin sonuna qədər manatın dollar qarşısında əsaslı dəyər itirəcəyi risqi böyükdür. Bir çox ekspertlər bildirirlər ki, hökumətin «manata təzyiq» siyasəti uzunmüddət davam edə bilməz. Edərsə belə bunun daha ciddi fəsadları olacaq. Onların təxminlərinə görə, əgər hökumət «təzyiq» siyasətini bir müddət daha davam etdirərsə, «açılma» qısa müddətdə start götürəcək və manat indikindən 6 dəfədən də az dəyər itirməli olacaq. Yəni, 1 dollar ilin sonuna qədər 6 manata qədər dəyişə bilər.

Aydın məsələdir ki, belə bir devalivasiya iqtisadiyyatın tam çökməsi deməkdir. Buna hökumətin getməyəcəyi də istisna deyil. Onlar da narazılığın əsasını qoyacaq və sosial partlayışa gətirəcək olayın yaşanmasına hər halda imkan verməyəcəklər. Lakin AMB-nin atdığı addımlar bunun tərsini demək üçün də əsaslar verir.
Xatırladaq ki, hazırda 1 dollar 1,51 manatdır. Halbuki ötən həftə bu məzənnə 1 dollar=1,49 manat civarındaydı.

politika.az

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Beynəlxalq Sığorta Şirkətinin rəhbərliyində ciddi dəyişiklik – FİLİALLAR DA BAĞLANDI

%d bloqqer bunu bəyənir: