Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
manat-100.jpg

Manat həqiqətən üzməyə başlayacaq

Mərkəzi Bank valyuta hərraclarının keçirilməsi qaydalarını dəyişir. Yeniliklər sırasında diqqəti cəlb edən mühüm xəbər – kommersiya banklarının hərracda xarici valyuta sata bilməsi ilə bağlıdır. Hərracın keçirilməsi mexanizmində də ciddi dəyişikliklər gözlənilir.

Hərrac 3 sessiyalı olacaq

Yuxarıda qeyd etdiyimiz kimi, artıq kommersiya bankları həm də xarici valyuta qismində satışını təmin edə biləcək. Hərrac 3 sessiyadan ibarət olacaq. Mərkəzi Bank tərəfindən alış və satış kursu müəyyən ediləcək. Bu kursa əsasən 1-ci sessiyada ishtirakçı tərəflər müəyyən olunmuş dəhliz aralığında alıcı və ya satıcı qismində iştirak etdiklərini müəyyən edəcəklər. 1-ci sessiyanın sonunda tərəflərin valyutaya olan tələbatına əsasən 2 sessiyada yəni kurs müəyyən olunur. Yəni dollar satan coxdursa, məzənnə düşəcək, alan çoxdursa məzənnə qalxacaq.

Hərraca çıxarılacaq vəsaitin məbləği bilinməyəcək

Əsaslı dəyişikliklərdən biri budur ki, hərraca nə qədər vəsaitin çıxarılacağı da bilinməyəcək. Yəni bütün proses tələb və təklifin üzərində qurulacaq. Belə ki, ikinci sessiyada kurs dəyişəcək. 2-ci sessiyanın yekunundan sonra rəqəmlər Mərkəzi Bank tərəfinden yenidən təhlil olunur və 3-cü sessiyaya son dəhliz çıxarılır.

Hər bir sessiyada iştirakçılar satıcı və ya alıcı qismində iştirakçılıqlarını dəyişə bilərlər. Yəni, məsələn, həraca dollar almaq üçün qatılan bank, dolların məzənnəsinin yüksək olduğunu görüb, mövqeyini dəyişə və dollara satan tərəfi kimi çıxış edə bilər.

Tələb olunan məbləğin alınması və ya satılması isə Mərkəzi Bankın zəmanəti ilə həyata keçirilir. Qeyd edək ki, 1-ci sessiyanın əvvəlindəki kurs son günün kursu kimi qəbul olunacaq. Yəni dünən məzənnə 1.62 olmuşdusa, bu gün hərrac həmin məzənnə ilə açılacaq.

Bu mexanizm «üzən məzənnə» sxemini tətbiq edən büün ölkələrdə mövcuddur. Xatırladaq ki, Rusiya Mərkəzi Bankı da valyuta bazarını eyni üsulla idarə edir.

Dəhlizi tələb-təklif müəyyən edəcək

Bir sözlə, Mərkəzi Bank hələ bu ilin fevral ayından üzənnə məzənnə rejiminə keçdiyini açıqlasa da, real olaraq bu sahədə ilk addım kimi valyuta hərracında qaydaların dəyişməsini göstərə bilərik. Belə ki, valyuta hərracında valyuta dəhlizini məhz banklar tərəfindən irəli sürülən dollar tələbi və ya satışa çıxarılan valyutanın həcmi müəyyən edəcək.

Hərçənd bəzi mütəxəssislər bu sistemdə spekulizasiyanın da mümkün olması ehtimalını inkar etmirlər. Ancaq Mərkəzi Bankın idarəolunan üzən məzənnə siyasəti yürüdəcəyi birmənalıdır. Həmçinin bu sistemdə hərraca çıxarılan dolların və ya manatın əsas alıcısı qismində Mərkəzi Bank çıxış edəcək. Bir sözlə, məzənnənin üzüb-üzməyəcəyinə qərarı yenə ölkənin baş bankiri verəcək. (Fins.az)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Sabiq nazirdən sabiq deputata cavab – Naxçıvana görə

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: