Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
get_img-4

Manat dollara nisbətdə dəyər itirir

Bankların dolları 1.70-dən yuxarı satdığı bildirilir

“Marja” xəbər verir ki, oktyabrın 28-də ABŞ dollarını ən baha “Amrahbank” alıb. Bank 1 dolları 1.6850 manata dəyişib.

“Bank of Baku”nun 1 dolları 1.6720, “AtaBank”ın 1.67, “Express Bank”ın 1.67, “Unibank”ın isə 1.66 manata aldığı bildirilir.

Digər banklarda dolların alış kursu 1.62-1.65 manat səviyyələrində dəyişib.

Dolları ən ucuz satan bankların isə “Günaybank” (1.6840), “Azər-Türk Bank” (1.6950), “Nikoil Bank” (1.70), Azərbaycan Sənaye Bankı (1.70) və “Bank Respublika” (1.70) olduğu qeyd edilir.

“Marja”nın xəbərinə görə, “Accessbank”, “AFB bank”, “Amrahbank” və “Atabank” isə 1 dolları 1.70 manat civarında satır.

Mərkəzi Bankın rəsmi məzənnəsinə görə, oktyabrın 28-də 1 ABŞ dolları 1.6381 manata bərabərdir.

Son 10 gündə manat dollara nisbətən dəyər itirməkdədir.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Natiq Cəfərli: Qazın qiyməti qalxacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: