Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 2-si ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5915 manat təşkil edib.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,54% möhkəmlənərək 1,7845 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə dəyişməyərək 0,0238 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,09% möhkəmlənərək 0,5314 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1205 manatdır. Beləliklə, funt sterlinq 1,22%-lik bahalaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,07% artaraq 0,6772 manat təşkil edib.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Azərbaycanda beş xarici şirkətin filialı bağlanır

%d bloqqer bunu bəyənir: