Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mais Səfərli: ““Milli Şura” ictimai dəstəkdən məhrumdur” AÇIQLAMA

“Ümumiyyətlə, istər özünü “Milli Şura” adlandıran qurum və ora daxil olan təşkilatlar, istər Müsavat, istərsə də digər özünü radikal müxalifət adlandıran qüvvələr ictimai dəstəkdən məhrumdurlar”.

 

Bu fikirləri SİA-ya “Yurddaş” Partiyasının sədri Mais Səfərli “Milli Şura”nın sentyabrın 11-də mitinq keçirmək planına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indiki dövrdə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – Referendumqabağı hər hansı bir aksiyanın keçirilməsinə ehtiyac yoxdur: “Çünki, Referenduma Azərbaycanın daha da inkişafına aparacaq, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, insan haqlarının qorunmasında daha irəliyə getmək kimi məsələlər çıxarılacaq. Belə məsələlərə  etiraz edən təşkilatlardan nə gözləmək olar? Onlar doğurdanmı Azərbaycanın gələcəyi uğurunda mübarizə  aparırlar? Əlbəttə yox. Bu baxımdan seçki qabağı aksiya keçirmək istəyən “Milli Şura” eləcə də digər partiyalar milli maraqlardan  kənar düşdüklərini bir daha ortaya qoyurlar”.

Partiya sədri söyləyib ki, ümumiyyətlə sözügedən təşkilatların ətrafında ailə üzvlərindən və dostlarından başqa heç kim yoxdur: “Bu partiyalar artıq iflasa uğrayıb. Bunun günahkarları isə partiya rəhbərlərinin özündədir. Belə ki, zamanında təşkilatlarında islahatlar aparmayıb, partiyalarında demokratizmi təmin etmədilər. Onlarda qərarlar yuxarıdan qəbul olunub, aşağılara sığınırdı. Belə olan halda, həmin partiyalar normal partiya quruculuğu apara bilməyib, düzgün fəaliyyət qura bilməməklə yanaşı, cəmiyyətə normal çağırışlar da edə bilmədilər. Artıq 25 ilə yaxındır ki, bu partiyalar müxalifətdədirlər və bütün mərhələlərdən olan seçkiləri uduza-uduza gəlirlər. Bu, onların ictimai dəstəklərinin olmadığını göstərir. Belə olan halda, “Milli Şura” necə mitinq keçirə bilər? Onların sonuncu prezident və parlament seçkiləri ərəfəsində də kütləvi aksiya keçirmək cəhdlərini gördük.  5-10 adamdan  başqa meydana heç kimi yığa bilmədilər. Çünki, bu təşkilatlar meydanda tək qalıblar”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Ermənistan danışıqlardan vaxt udmaq üçün istifadə edir”

%d bloqqer bunu bəyənir: