Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mahir Quliyevə qarşı sərt ittiham: saxta diplom, büdcə vəsaitlərinin talanması

Biləsuvarın icra başçısı Mahir Quliyevlə bağlı 24saat.org-a ilginc məlumatlar daxil olub. Məlumatlarda Mahir Quliyevin nəyə qadir olduğu çox aydın göstərilir.

Redaksiyamız ilə yaxından əməkdaşlıq edən “Real həqiqətlər” Araşdırma Mərkəzi qeyd edir ki, Biləsuvar rayon icra başçsının şəristəsizliyi və onun bir icra başçısı kimi vəzifəsinin öhdəsindən gələ bilməməsinin səbəblərini açıqlamaq baxımından çox önəmlidir. Mərkəzin əlində olan rəsmi sənədə görə, Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyevin ali təhsil haqqındakı sənədi saxtadır.

Qeyd edək, icra başçısının rəsmi tərcümeyi-halında onun 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” Universitetinin İnzibati İdarəetmə ixtisasını bitirməsi haqqında bilgi öz əksini tapıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Real həqiqətlər” Araşdırma Mərkəzin sorğusu üzərinə bu quruma göndərdiyi 04/73№-li 26.01.2016-cı il tarixli cavabda göstərilir ki, “28.09.1958-ci il təvəllüdlü Quliyev Hacı Mahir oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən alı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla bağlı keçirilmiş test imtahanında iştirak etməmiş və heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının cavabında o da qeyd edilir ki, Mahir Hacı oğlu Quliyevin hər hansı bir alı və ya orta ixtisas təhsil müəssisəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil”. Bu məlumat Biləsuvar rayon icra hakimiyyəti başçsı Mahir Quliyevin ali təhsil haqqındakı sənədinin saxta olduğunu, saxta sənədlə işləyən icra başçısının bu əməli isə Cinayət Məcələsində cinayət əməli hesab olunur. Bu məlumatla bağlı 24saat.org saytı Prezident Adminstrasiyasına (PA) rəsmi sorğu göndərmək, məsələ ilə bağlı PA-nın rəhbəri Ramiz Mehdiyevin mövqeyini öyrənməyə cəhd edəcəkdir.

İndi isə “Real həqiqətlər” Araşdırma Mərkəzinin Biləsuvar rayon icra hakimiyyətinə Mahir Quliyevin başçılıq etdiyi müddətdə bu rayonda baş verən korrupsiya, büdcə vəsaitlərinin talan edilməsi ilə bağlı araşdırmasını təqdim edirik. Mərkəzin əməkdaşlarının Biləsuvarda apardıqları araşdırmada Əsgərabad-Muğan avtomobil yolunun tikintisi zamanı görülən işlərin smeta dəyərinin şişirdilməsini aşkara çıxarıb. Təqdim olunan araşdırmada bu yolun tikintisi üçün üç milyon manat ayrıldığı göstərilib. Üç milyon manatın işi isə icra başçısı Mahir Quliyev Nicat Bağırovun sədr olduğu “Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyətinə etibar edib. Mərkəzin araşdırmasından görünür ki, icra başçısı Mahir Quliyevlə ASC-sədri Nicat Bağırovun işbirliyi tərəfləri o qədər qane edib ki, Biləsuvar rayonun başçısı rayon mərkəzinin Nizami və Səməd Vurğun küçələri, mərkəzi giriş-çıxış (şəhərdaxili) yolların əsaslı təmir işlərini də “Lənkəran Yol Tikinti” ASC-yə həvalə edib. Bu iş dövlət büdcəsinə 750 min manata başa gəlib. Mahir Quliyevlə Nicat Bağırovun işbirliyi zamanı görülən işlərin smeta dəyərinin şişirdilməsi, işlərin keyfiyyətsiz görülməsi kimi məqamlar olsa da, bu əməliyyat icra başçısının “Enep Argus Az” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə gördüyü işlərin yanında necə deyərlər, “toya getməlidir”. Çünki Əsgərabad kənd orta məktəbinin əsaslı təmir etməli olan “Enep Argus Az” MMC-i haqqında Biləsuvar rayonundada, Əsgərabad kəndində heç kim heç bir məlumata malik deyil. Məlumatlı şəxsin Mərkəzin əməkdaşlarına verdiyi məlumata görə, bu sırf “obnaliçka” əməliyyatı olub. Mahir Quliyevin Akif Məmmədovla apardığı bu əməliyyat isə dövlət büdcəsinin yarım milyon manata başa gəlib. “Real həqiqətlər” Araşdırma Mərkəzinin Biləsuvar rayonunda apardığı araşdırma zamanı icra başçısı Mahir Quliyevin “obnaliçka” əməliyyatlarını Əliağa şəxsin “Zanbaq” və “Atila-15” adlı Məhdud Məsuliyyətli Cəmiyyətləri apardığı da öz əksini tapıb. Bu MMC-lər vasitəsilə guya bəzi kəndlərin ərazi icra nümayəndəlikləri üçün müxtəlif inventarların alınıb. Biləsuvar rayonunda Mərkəzin əməkdaşlarının əldə etdiyi başqa bir məlumat isə Mahir Quliyevin başqa bir Akif adlı şəxslə, Akif Qurbanov adlı şəxslə işbirliyindən gedir. Məlumata görə Qurbanov soyadlı həmin Akifin “Dördlər” MMC-i guya rayonda körpələr evinin tikintisini həyata keçirib. Bu əməliyyat dövlət büdcəsinə 300 min manata başa gəlib. Məlumatlı şəxsin Mərkəzin əməkdaşlarına verdiyi məlumata görə, əslində bu işlər rayonun baş memarı, icra başçısının sağ əli hesab olunan Yaşar Əzimovun rəhbərliyi altında rayonun ustalarının əli ilə görülüb. Görülən işlərin xərcini isə rayondakı büdcə təşkilatlarının rəhbərləri çəkib. Məsələ ilə bağlı Biləsuvar rayon icra hakimiyyətinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadığından qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Vergi orqanları minnətçi düşdü – “Nə istəyrisiniz verin, təki karyerləri işlədin”

%d bloqqer bunu bəyənir: