Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mağazalarda ilkin ödənişsiz satış dayandırıldı

Ölkədəki valyuta qıtlığı və devalvasiya təhlükəsi satış mərkəzlərinə də təsirsiz ötüşməyib. Bununla əlaqədar “Baku elektroniks” mağazası ilkin ödənişsiz faizsiz kredit kampaniyasını ləğv edib. Bizimyol.info xəbər verir ki, qərar dünən saat 16.00-dan etibarən verilib. Belə ki, vitrindəki telefonların bəzilərin 6 ay, bəzilərində isə 12 ay faizsiz kreditlə satıldığı qeyd edilsə də, sənədləşdirmə zamanı bildirilib ki, artıq kampaniya ləğv edilib. Kredit şöbəsi bütün telefonlar üçün mütləq qaydada 30 faiz ilkin ödəniş edilməli olduğunu deyib. Müştərilər narazılıq edərək, vitrindəki elanlarda bu barədə qeyd edilmədiyini bildirdikdə kredit şöbəsinin məsul şəxsi bildirib ki, qərar bir neçə dəqiqə əvvəl verilib. O bunu dollar çatışmazlığı və xarici valyutaların kəskin bahalaşacağı ehtimalı ilə əsaslandırıb. “Bizə də indi dedilər, bəlkə də bir azdan ümumiyyətlə, faizsiz kreditlər ləğv edildi” – deyən əməkdaş narazılıq edən vətəndaşa cavab verib.

Mağazanın satıcısı da bildirib ki, bu barədə onlara xəbər verilməyib. “Son günlərdə dolların qiyməti kəskin artır və xaricdən mal gətirməyə pul tapmaq olmur. Hələlik qiymətləri artırmamışıq, ancaq növbəti dəfə mal gələndə yəqin ki, qiyğətlgr artacaq. Çünki bu dəfə dollar çox baha alınır” – deyə satıcı bildirib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlqmasında bildirib ki, baş verən hal qanuna ziddir və müştərinin aldadılmasıdır. Onun sözlərinə görə, ümumiyyətlə, mağazanın kreditlə mal satması qanunsuzdur. “Mağaza ancaq nisyə mas sata bilər, kreditlə satmağa isə ixtiyarı yoxdur. Bununla bağlı Nazirlər Kabinetinin 94 saylı qərarı var. 2013-cü ilə qədər mağazalarda bankların nümayəndələri otururdu və kreditlər banklar vasitəsilə reallaşırdı. 2013-cü ildə haqlı olaraq banklar mağazalardan çıxarıldı. Çünki orada da istehlakçı hüquqlarının pozulması baş verirdi. Bankların yerini isə mağazalarda sələmçilər tutdu. İstehlakçı – alıcı onu görmür və elə bilir ki, mağaza ona kredit verir. Əslində orada pul verən alıcının görmədiyi üçüncü şəxsdir, sələmçidir. Yəni malı nəğd yolla mağazadan alır və guya kredit verirmiş kimi 30-40 faiz bahasına istehlakçıya satır. Azərbaycanda bütün şəbəkə belə qurulub və il ərzində bu qanunsuz yolla 1 milyard 300 milyon manat pul dövr edir. Dövlətin bundan xəbəri yoxdur”.

Eyyub Hüseynov əlavə edir ki, bununla bağlı analitik hesabat hazırlayaraq, Prezident Administrasiyasına, İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə təqdim ediblər. “Bütün dövlət orqanları bildirirlər ki, bu məsələdən xəbərləri yoxdur. İqtisadiyyat Nazirliyi isə bu işin lobbiçiliyini aparır və bu məsələnin üstünü açmağa bizə imkan vermir. Guya azad bazar şəraiti yaradırlar ki, istehlakçılar razı qalsın. Lakin hələ bir neçə il əvvəldən Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkədə şişirdilmiş qiymətlər var, qarşısı alınmalıdır. Burada da bir şəxsiyyət vəsiqəsi təqdim etməklə 30-40 faiz bahasına əhaliyə müxtəlif məhsullar satılır. Sonra da ödəyə bilmirlər, kollektor şirkətləri onlardan hədə-qorxu, zor yolu ilə pul tələb edirlər və müəyyən problemlər ortaya çıxır”.
E.Hüseynov vurğulayıb ki, biznes qurumları onlar üçün yaradılmış şəraitdən sui-istifadə edərək, istehlakçıların hüquqlarını pozurlar. “Son 6 ayda bu problemlər daha da artıb. Təəssüf ki, hökumətin istehlakçılarla bağlı siyasəti mükəmməl deyil”. – AİB sədri qeyd edir ki, hökumət buna çarə qılmalıdır.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Fındıq toplayanlar məhsullarını satmayıb qiymətin qalxmasını gözləyir

%d bloqqer bunu bəyənir: