Loading...
Loading...
102124

Madonna “İlin qadını” seçilib

“Billboard” musiqi jurnalı tərəfindən məşhur amerikalı müğənni Madonna çoxillik yaradıcılığı və aktiv xeyriyyə fəaliyyətinə görə “İlin qadını” seçilib.

“Billboard” media qrupu və jurnalının prezidenti Reporter Cenis deyib ki, istedadlı müğənni olan Madonnanın nüfuzu və karyerası musiqi çərçivəsindən kənara çıxır.

Madonnanın musiqi karyerası ərzində 300 milyondan çox diski satılıb ki, bu da Ginnesin Rekordlar Kitabına düşüb. Müğənni il ərzində 76,5 milyon dollar qazanır və şou-biznes sahəsində ən yüksək gəlir əldə edənlər sırasında 12-ci yerdə qərarlaşıb.

Aktiv xeyriyyə fəaliyyəti ilə seçilən Madonna xeyriyyə təşkilatlarının xətti ilə yoxsul ölkələrdə xəstəxanalar da inşa etdirir.(apa)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Aktrisa dənizdə alt paltarını dəyişdi, biabır oldu – Fotolar

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: