Loading...
Loading...

“Mado” FƏTÖ-dan alınır – Gəlişmə

“Mado” restoranlar şəbəkəsi FƏTÖ-dan alına bilər. Restoran rəhbərliyində nurçuların təsiri azaldılacaq.

24saat.org-un xəbərinə görə, şirkətin rəhbərinin hüquq-mühafizə orqanları tərəfindən dindirildiyi barədə xəbərlər yayılıb.

Artıq restoranlar şəbəkəsində bəzilərinin ixtisarına başlanıb. İxtisar edilənlər arasında Gülənin liseylərini bitirənlərin üstünlük təşkil etdiyi deyilir. Bakıda nurmuların ticarət, qida sənayesi bazardan sıxışdırılıb çıxarılır, yaxud da əl dəyişir.

Məşhur “Mado” şəbəkəsinin də qapadılmasına zərurət yaranmayıb və “Hizmət”çilərin bu ticarətdə rolunun azaldılmasına qərar verilib.

Bir müddət öncə “Mado”nun sabiq fətullahçı deputat Ceyhun Osmanlıya aid olduğu bildirilmişdi. Elnur Aslanovun da restoranda görünməsi şübhələri artırmışdı. “Mado” ilə yanaşı “Özsüt” restoranının da adı Gülənlə hallanır. Amma restoranbu günlərdə yeni şöbəsini açıb.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Akif Nağı deputatı təhqir etdi – QANLARINDA ERMƏNİ QANI VAR

Loading...
%d bloqqer bunu bəyənir: