Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

263395

Maaşların artımı gözlənilir

Gələn il ölkədə əmək haqlarının artımı gözlənilir. Milli.Az bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsinin layihəsi bu günlərdə müzakirə üçün Milli Məclisə təqdim ediləcək.
Komitə sədri qeyd edib ki, ilkin danışıqlara əsasən, büdcə proqnozları formalaşdırılarkən 1 barel neftin orta illik qiymətinin 40 dollar götürülməsi nəzərdə tutulur.
Z.Səmədzadə qeyd edib ki, gələn ilin büdcə layihəsində sosial proqramların sayının azaldılması nəzərdə tutulmur.
Komitə sədrinin fikrincə, Azərbaycan iqtisadiyyatında fəallıq artrırılmalı, ixrac potensialımız gücləndirməli, iş yerlərində ixtisarlar olmamalıdır: “Bu istiqamətdə görülən işlərin davamlılığını təmin etməliyik. Hələlik o qədər də zəruri olmayan investisiya layihələrini bir qədər ixtisara salmalıyıq. Bütövlükdə Azərbaycan iqtisadiyyatının canlanmasına nail olmalıyıq. Sosial mənzillərin tikintisinə başlanılacaq. Bu layihələrin həyata keçirilməsi, şübhəsiz ki, ölkədə iqtisadi fəallığı artıracaq”.(trend)

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Dollar 1,70 manatı keçdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: