Loading...
Loading...

Maaşını ala bilməyən usta işlədiyi yerdən oğurluq etdi – VİDEO

Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edən vətəndaş rayon icra hakimiyyətinin nəzdində olan təmir-abadlıq idarəsinə məxsus anbardan oğurluq olunması barədə məlumat verib.

24saat.org Region TV-yə istinadən xəbər verir ki, əraziyə baxış keçirən polis əməkdaşları anbarın giriş qapısının sındırıldığnı müəyyən ediblər. Oğrular oradan, idarəyə məxsus hər birinin dəyəri 50 manat dəyərində olan 25 kq çəkidə 33 qutu ağardıcı emulsiya, dəyəri 10 manat olan 3 ədəd yapışdırıcı və dəyəri 2 manat 50 qəpik olan 7 ədəd fırçanı aparıblar. Ümumilikdə idarəyə 1697 manat ziyan vurulub.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri olan Vaqif Alıyev, Tural Hüseynov, Qadir Əliyev və Qorxmaz Həsənov saxlanılıblar.

İlkin dindirilmə zamanı məlum olub ki, oğurluğu idarədə işləyən Tural Hüseynov planlaşdırıb. Daha sonra götürdükləri tikinti materiallarını sataraq pulları öz aralarında bölüblər.

“Maaşımı vermirdi. Gördüm ki, orada kraskalar var. Uşaqlarla danışdım, gedib götürdük, satdıq”,- Tural Hüseynov deyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda vəzifəli şəxs öz maşınında öldürüldü

Loading...
%d bloqqer bunu bəyənir: