Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Mətbuatı ƏDV ilə məhv edirlər

Arif Əliyev:  «ƏDV-nin aradan götürülməsi talanlardan birinin yüngülləşməsi demək olacaq»

Bu il yanvarın 1-dən ölkəyə idxal olunan qəzet kağızlarına Gömrük Komitəsi ƏDV tətbiq etməyə başlayıb. Bu addım mətbuatın onsuz da çətin olan vəziyyətini daha da çətinləşdirir. ƏDV-in tətbiqi tələbi onunla əsaslandırılır ki, Vergi Məcələsinin 164.2 maddəsi ləğv edilib. Ekspertlərə görə, əslində bu maddənin idxal olunan qəzet kağızlarına heç bir aidiyyatı yoxdur.

Ümumiyyətlə ƏDV-dən azad olmalar VM 164.1, 164.1.7 ci maddələri ilə tənzimlənir. Belə ki, 164.1 maddə: “Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağdakı növlərdən, habelə idxalın aşağdakı növlərindən ƏDV tutulmur”, 164.1.7-ci maddə: “KIV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, mətbu KIV məhsullarının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti” qeyd edilir.

Gömrük Komitəsinin özü də gözəl bilir ki, idxal olunan qəzet kağızlarına ƏDV-inin tətbiqi qeyri qanunidir. Bəs, o zaman bununla nəyə nail olmaq istəyirlər? Büdcənin doldurulmasına – bu absurddur. Çünki ölkəyə idxal olnunan qəzet kağızına görə alınan ƏDV böyük vəsait deyil. Amma bu böyük olmayan vəsait mətbuatın vəziyyətini və problemlərini bir qədər də artırır.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, son aylarda bu məsələ dəfələrlə müzakirə olunub. Redaktorların bu məsələni bir neçə dəfə gündəmə gətirdiyini xatırladan A.Əliyev bildirdi ki, parlamentdə də bu mövzuya toxunulub: “Bu çox xırda bir məsələdir. Uzun illərdir ki, ölkəyə idxal olunan qəzet kağızına ƏDV tətbiq olunmayıb. Indi vergilərin sərtləşdirilməsiylə bu məsələyə də yanaşma dəyişilib. Bu asan həll olunan məsələdir. Amma onu da qeyd etmək lazımdır ki, hətta ƏDV götürülsə belə, bu ölünün heç vecinə də olmayacaq. ƏDV-nin aradan götürülməsi mətbuatın vəziyyətinin yaxşılaşdırılması demək olmayacaq. Bu sadəcə talanlardan birinin yüngülləşməsi demək olacaq”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Ağdama dolu düşüb

%d bloqqer bunu bəyənir: