Loading...
Loading...

“Mətbuat Şurasının Türkiyə ilə bağlı çağırışı biabırçılıqdır”

Elçin Şıxlı: “Belə şey deyilməməlidir”

Məlum olduğu kimi, Mətbuat Şurası media orqanlarına müraciət edərək onları Türkiyədə baş verən son olaylarla bağlı həssaslıq göstərməyə, Türkiyə dövlət və hakimiyyətinin maraqlarına zidd olan fikirlər səsləndirməməyə çağırıb. Bu amilləri nəzərə almayan bəzi media orqanlarına xəbərdarlıq da edilib.
Maraqlıdır, Azərbaycan mediasına başqa bir ölkədə baş verən olaylarla bağlı müəyyən yasaq və qadağalar qoymaq, hər kəsi eyni cür düşünməyə, baş verənlərə eyni rakursdan baxmağa sövq etmək nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən Ayna.az saytının baş redaktoru, media eksperti Elçin Şıxlı baş verənləri rüsvayçılıq kimi xarakterizə edib:
“Belə bir çağırışın səsləndirilməsi biabırçılıqdır. Hansısa yaradıcı jurnalist strukturunun rəhbərliyi belə bir şey deyirsə, deməli o, jurnalistikadan xeyli uzaqdır. Belə şey deyilməməlidir. Əgər belə bir şey rəsmən deyilirsə, bu, biabırçılıqdır”.

Seymur Əliyev

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Dini kəsimi birləşdirən məxfi kod-114

Loading...
%d bloqqer bunu bəyənir: