Loading...
Loading...

“Mətbuat Şurası”nın keçirdiyi müsabiqəyə Amaşov müdaxiləsi – həm münsif, həm tərəf rolunda…

Yaxud Əflatun Amaşov müsabiqə iştirakçılarını necə mat qoydu?

Məlum olduğu kimi, Azərbaycan Mətbuat Şurası Saatlı Rayon İcra Hakimiyyəti ilə birlikdə “Muğanımız – tariximiz, sərvətimiz” mövzusunda müsabiqə elan edib. 15 aprel-30 may tarixlərini əhatə edən müsabiqə Mətbuat Şurasının qara siyahısında adı olmayan bütün KİV-lərə açıq elan olunub. Müsabiqə şərtlərinə əsasən müsabiqəyə təqdim edilən yazılar Mətbuat Şurasının ekspertləri tərəfindən qiymətləndiriləcək və bu zaman obyektivliyi təmin etmək üçün müəlliiflərin imzası ekspertlərdən gizli saxlanılacaq.

24saat.org saytı bildirir ki, müsabiqənin başa çatmasına iki gün qalmasına baxmayaraq Mətbuat Şurasının sədri, hörmətli millət vəkili Əflatun Amaşovun müsabiqəyə təqdim edilən bəzi yazıları öz facebook səhifəsində paylaşması müsabiqə iştirakçılarını sözün həqiqi mənasında mat qoyub.

Belə ki, müsabiqəni elan edən və habelə, müsabiqəyə təqdim ediləcək yazıları qiymətləndirən qurum kimi Mətbuat Şurası sədrinin müsabiqəyə təqdim olunan yazıları öz facebook səhifəsində paylaşması bəzi müsabiqə iştirakçıları tərəfindən obyektivlik, tərəfsizlik və məxfiçilik prinsipinin aşkar şəkildə pozulması kimi qiymətləndirilib. Bu qənaətdə olan media əməkdaşları hesab edir ki, Ə.Amaşovun müsabiqəyə təqdim edilən bütün yazıları deyil, onların bir qismini paylaşması Mətbuat Şurası sədrinin müsabiqəyə təqdim edilən yazılara, müsabiqə iştirakçılarına eyni gözlə yanaşmadığını göstərir.

Jurnalistlər hesab edir ki, Ə.Amaşovun bəzi yazılara şərh yazaraq onları tərifləməsi xüsusilə kobud yanlışlıqdır. Çünki bu şərhlərin Mətbuat Şurasının müəyyənləşdirdiyi münsiflərin məqalələrlə bağlı rəyinə təsir ehtimalı kifayət qədər böyükdür.

Odur ki, bəzi jurnalistlər Ə.Amaşovun bu addımını Mətbuat Şurasının həm münsif, həm tərəf rolunda çıxış etməsi, münsif heyəti və ictimai rəyi yönləndirmək cəhdi kimi qiymətləndirir. Bu qəbildən olan jurnalistlərin qənaətincə, müsabiqə hələ başa çatmasa da artıq indidən bu müsabiqənin nəticələrinin obyektivliyi böyük şübhə altındadır və hörmətli Ə.Amaşovun bəzi məqalələlərə yazdığı şərhlərə əsasən artıq indidən qaliblərin kimliyini müəyyənləşdirmək mümkündür.

Sonda onu da qeyd edək ki, Ə.Amaşovun jurnalist Qələndər Xaçınçaylının məqaləsinə yazdığı şərh də xeyli dərəcədə düşündürücüdür. Ə.Amaşov bu məqaləyə rəyində yazır:

“Tanınmış jurnalist Qələndər Xaçınçaylının yazısı daha çox əsrarəngiz, zəngin tarixə malik Muğanın keçmişinə həsr olunub… Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin «Muğanımız – tariximiz, sərvətimiz» mövzusunda keçirdikləri müsabiqəyə təqdim edilən bütün materialları paylaşacam. Ancaq istərdim ki, aralarında Muğanın, əsasən də Saatlının bu günündən bəhs edən yazılar daha cox olsun. Gözləyirik”.

Göründüyü kimi, Ə.Amaşov jurnalistləri daha çox Saatlının bu günündən bəhs edən yazılar yazmağa səsləyir. Halbuki, elan edilən müsabiqənin mövzusu Saatlının bu gününə, sosial-iqtisadi inkişafına deyil, Muğanın tarixiliyinə, madddi-mənəvi zənginliyinə həsr edilib. Başqa sözlə desək, müsabiqənin mövzusunu bir kənara qoyub jurnalistləri Saatlının bu günkü durumunu işıqlandırmağa səsləmək müsabiqə mövzusundan, müsabiqənin ana xəttindən, mahiyyət və ruhundan imtina etmək deməkdir. Əgər keçirilən müsabiqədə məqsəd Saatlını jurnalistlərə təriflətmək, bütün diqqəti Saatlıda aparılan quruculuq-abadlıq işlərinə cəlb etmək idisə, o zaman mövzusunun Saatlının sosial-iqtisadi inkişafına həsr edilməsi daha məqsədəuyğun olardı.

Bundan başqa, unutmaq olmaz ki, Muğan sadəcə Saatlıdan ibarət deyil. Saatlı Muğanın sadəcə bir hissəsi, bir parçasıdır.

P.S.Gün ərzində apardığımız araşdırma nəticəsində məlum oldu ki, facebookdakı paylaşımlarının birmənalı qarşılanmadığını görən millət vəkili müsabiqəyə təqdim olunan daha bir neçə məqalə paylaşmaqla bərabərlik prinsipinə əməl etdiyini sübut etməyə, qınaqları önləməyə çalışıb. Lakin hörmətli Ə.Amaşovun bu cəhdi heç nəyi dəyişmir. Çünki Mətbuat Şurasının rəhbəri olan və bu qurumun münsif heyətini müəyyənləşdirən şəxsin müsabiqəyə bu şəkildə müdaxiləsi istənilən halda yolverilməzdir və çox güman ki, müsabiqənin nəticələrinə öz mənfi təsirini göstərəcək.

24saat.org

amashov2 amashov

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Putinin güvəndiyi silahları – BU GÜNDƏDİR – VİDEO

Loading...
%d bloqqer bunu bəyənir: