Loading...
Loading...

Mətanət İsgəndərli Akif Çovdarovun məhkəməsində: Müğənninin başı ağrıya bilər

Müğənni Mətanət İsgəndərlinin MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi gözlənilir.

Buna səbəb ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahirlə Mətanətin münasibətlərinə görə Çovdarovun pul tələb etməsidir.
Eyni zamanda, Mahirin oğurlanmasının təşkilində Mətanətin rolunun olduğu iddia edilir. Bu ittihamları Mahirin qardaşı açıqlamalarında səsləndirib. Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk Vilayətinin Verxuturye şəhərində generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. Çovdarov Abdullayevə 300 min dollar borclu qalıb. Mətanət İsgəndərli Çovdarovla əlbir olub
E.Abdullayevin açıqlamasına görə, Çovdarovun Mahirdən Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanət İsgəndərli ilə “sərgüzəştləri” ilə bağlı 2 milyon dollar tələb etdiyi iddia edilir. E.Abdullayev yuxarıda sadalanların müqabilində qardaşını bir neçə dəfə oğurlamaq cəhdinin baş tutmadığını və nəhayətdə, “Akif Çovdarov qardaşımı müğənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq 13 oktyabr 2003 ildə Bakı şəhərində şəxsən paqonlu bandasının əli ilə oğurladıb”.
E.Abdullayev qardaşının oğurlanmasında iştirak edən milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun qohumu Sənan İbrahimovun, Akif Çovdarovun biznes və cinayət ortağı Qulu Cəfəro, Rövşanə və digərlərinin adını da çəkib. Sabiq rektorun ifadələri məhkəmə üçün əsas ola bilər. Çovdarovun məhkəməsində tanınmış müğənninin iştirak edəcəyi istisna edilmir.(politika.az)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Bilməliyik ki, iki daş arasında qalmışıq” – Ayaz Mütəllibovdan ilginc açıqlamalar

Loading...
%d bloqqer bunu bəyənir: