Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Mətanət-A”nın rəhbəri həbs oluna bilərmi? – GÜLƏN MƏSƏLƏSİ

Şirkətin adı “gülənçi qalmaqalı”nda hallanır

Azərbaycanda bəzi şirkətlərin də adı “gülənçilər”lə əlaqədə hallanır. Musavat.com bu şirkətlərin sırasında “Mətanət-A”nın da adını çəkir. Məlumata görə, bu şirkət “gülənçilər”lə sıx əlaqədədir.
24saat.org-un araşdırmaları nəticəsində bu məlumatın əsassız olmadığına dair şübhələnər yaranıb. Belə ki, internet resurslarında rast gəlinən materiallarda “Mətanət-A” şirkətinin adı “gülənçilər”ə məxsusluğu şübhə doğurmayan “Qafqaz” Universiteti ilə birgə çəkilir. Rəsmi məlumatlardan (AzərTac-ın məlumatları) bəlli olur ki, “Mətanət-A” şirkəti vaxtaşırı “Qafqaz” Universitetinin layihələrinə sponsorluq edir, bu ali təhsil ocağının tələbələri tez-tez şirkətin qonağı olur və s.

MATA2

“Qafqaz” Universitetinin saytında yerləşdirilən yazının surəti

Araşdırmalarımız zamanı həmin tələbələrin şirkətə getmələrinin sirri də üzə çıxıb. Məlum olub ki, şirkətdə tələbələrə treninqlər keçirilib, onların mütəxəssis kimi yetişmələrinə dəstək verilib.
Hətta “Qafqaz” Universitetini bitirən tələbələrin bir qismi “Mətanət-A” şirkətinə işə götürülüb. Bu da şirkətin “gülənçilər”lə əlaqədə ola biləcəyinə dair şübhələr yaradır. Bu baxımdan iddia olunur ki, sözügedən şirkətdə “gülənçi əməliyyatı” keçirilə bilər.

Hökumətə yaxın qəzetlərdə də bu barədə geniş materialın dərc edilməsi şirkətin artıq hədəfdə olduğuna dəlalət edə bilər.
Qeyd edək ki, bu şikət əsas xammalını Azərbaycanda istehsal etsə də, bəzi səbəblərdən Türkiyədən də xammal idxal etməyə məcburdur. İddia olunur ki, “Mətanət A”-nı əlavə xammalla təmin edən şirkət də “gülənçilər”ə aiddir.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Hakimiyyət Cahangir Hacıyevi susdura biləcəkmi?

%d bloqqer bunu bəyənir: