Loading...
Loading...
ivan

Məşhur futbolçu ölüm ayağında

Məşhur xorvatiyalı futbolçu İvan Klasniç ölüm-qalıb mübarizəsi aparır.

24saat.org apasport.az-a istinadən xəbər verir ki, keçmiş hücumçu böyrək çatışmazlığından əziyyət çəkir.

Daha əvvəl iki dəfə – 2006 və 2007-ci illərdə ata və anasının böyrəyi köçürülən futbolçunun vücudu bu nəqli dəstəkləməmişdi. Hazırda Almaniyada, Hamburq şəhərində xəstəxanaların birində həftədə 3 dəfə dializə gedən Klasniç uyğun orqan tapılana qədər bu şəkildə həyatına davam edəcək.

Növbəyə yazılmış oyunçunun əgər xüsusi bir istək olmasa, ən yaxşı halda 7 il sonra istəyinə çata biləcəyi bildirilib.

Qeyd edək ki, 2013-cü ildə “Maynz”da karyerasını başa vuran Klasniçin əsas məşhurluğu “Verder Bremen”də olub. O, ümumilikdə 450 oyuna çıxıb, 150 qol vurub və 63 dəfə də məhsuldar ötürmə verib.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Anar Məmmədxanovun oğlu AFFA-da işə başladı

Loading...
%d bloqqer bunu bəyənir: