Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
qadin

Məşhur azərbaycanlı modelyer qadın öz ofisində girov saxlanılır – Qapı qaynaqlanıb (FOTOLAR)

Biznesmenin adamları içəridə qadın olmasına baxmayaraq, modelyerin ofisinin giriş qapısın qaynaqlayıblar. 24saat.org “Sputnik Azərbaycan”a istinadən bildirir ki, Azərbaycanın məşhur modelyeri Leyla Əhmədova kirayələdiyi ofisdə artıq beş gündür ki, binanın sahibi tərəfindən girov saxlanılır.

Onun sözlərinə görə, Cəfər Cabbarlı küçəsi, 29-da yerləşən binanın sahibi inşaat biznesi ilə məşğul olan Ağayev Nizami Tofiq oğludur. İcarəçi çalışır ki, L.Əhmədova kirayələdiyi ofisdən çıxsın və böyük məbləğ ödəsin. 2014-cü ilin fevralında L.Əhmədova ilə N.Ağayev arasında beş illik icarə müqaviləsi bağlanıb.

“Nizami Ağayev biznes şəriki Azər Lütvəliyevin və digər başqa qohumlarının dəstəyi ilə belə hərəkət edir. Bu bina “Nizami” metro stansiyasının yanında yerləşən altı mərtəbəli binadır. İcarə haqqında müqavilə Ağayev tərəfindən müəyyən qanun pozuntuları ilə 9 saylı notariat kontorunda bağlanmışdı. Həmin vaxt biz pozuntular haqqında bilmirdik. Məsələn, bilmirdik ki, Ağayevdə bizim tərəfimizdən kirayələnmiş binanın kupçası yox imiş. Notarius özü bu haqda bilsə də, bizə heç nə deməmişdilər. Yoxsa biz Ağayevlə heç vaxt müqavilə bağlamazdıq”, – deyə L.Əhmədova bildirib.

L.Əhmədova iddia edir ki, bina tikilən kimi kirayə götürüblər. Müqaviləyə əsasən, modelyer ayda 24 min manat ödəməklə dörd mərtəbə kirayələyib və bu məbləği hər ay ödəmək məcburiyyətindədir. Maliyyə böhranı ilə əlaqədar olaraq Ağayevdən müqaviləni təkrar gözdən keçirməsini tələb edib. İki yuxarı mərtəbədən imtina edib və şifahi razılaşmaya əsasən, ayda 14 min manat ödəməyə başlayıb. L.Əhmədova güman edib ki, Ağayev göstərilən dəyişiklikləri sənədə daxil edib. Amma, əslində müqavilədə əvvəlki kimi icarə üçün ödəmənin ilkin məbləği – 24 min manat – olduğu kimi qalıb.

L.Əhmədova icarə pulunu iki gün gecikdirdiyinə görə Ağayev binanın ona aid hissəsində elektrik enerjisini kəsib.

“Orada spa-salon, bahalı avadanlıqlar var. Heç bir xəbərdarlıq etmədən elektriki kəsib. Nəticədə, avadanlıq hamısı yanıb. Ağayev bununla mənə 15 min dollar zərər vurub. Kirayələnmiş yerlərin təmiri haqqında heç danışmıram. Mənə 1 milyon manata başa gəldi. Ofisdə mənim tərəfimdən Dubaydan gətirilmiş çox böyük məbləğdə mallar var. Ağayevin hərəkətləri əmlakın qanunsuz olaraq talanmasına bənzəyir. Buna başqa ad vermək olmaz”.

İcarə yerindən çıxarılması üçün Ağayev Xətai rayon məhkəməsində Leyla Əhmədovanın 270 min manat ödəməsi tələbi ilə iddia qaldırıb. Hakim Namidad Misirzadə Ağayevin tələbini təmin edib.

L.Əhmədova məhkəmənin qərarından apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi bununla bağlı öz qətnaməsini çıxarıb. Ancaq Ağayev məhkəmənin qərarını (həllini) gözləməyib və 27 sentyabrda gecə saatlarında öz adamlarını Əhmədovanın ofisinə göndərib. Keşikçini oradan qovublar, qapını bağlayıblar. L.Əhmədovanı inandırıblar ki, bina küçədən qorunacaq və heç nə itməyəcək. Səhərisi gün L.Əhmədova arxa həyət vasitəsilə ofisə daxil olduqda ofisdə talan həyata keçirildiyini şahidi olub – dekorasiyalar sındırılıb, 30 min manat civarında parçalar, donlar və pul oğurlanıb. Oğurluq barədə polisə məlumat verilib. Faktla bağlı cinayət işi qaldırılıb. Hələ ki, heç kəs məsuliyyətə cəlb edilməyib. Hərçənd ki, oğrunun kim olduğunu müəyyən etmək heç də çətin deyil.

Ağayevin adamları Modellər Evinin giriş qapısını qaynaqlayıblar. İçəridə L.Əhmədova qalıb. Müstəntiq ona əmlakı qorumaq üçün ofisdə qalmağa icazə verib. Ofisin qapısına isə dəmir barmaqlıqlar vurulub.

“Mən “102” xidmətinə on dəfə, təcili yardıma isə beş dəfə zəng etdim. Özümü pis hiss edirdim, ürəyimdə problemlər yaranmışdı. Beş gündür məni bayıra, mənim yanımasa heç kəsi buraxmırlar. Polis əməkdaşları gəldilər, amma onlar Ağayevin muzdurlarının bütün bu qanunsuz hərəkətlərinə laqeyd baxırdılar”, – deyə Əhmədovu qeyd edib.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən bildiriblər ki, hələlik məhkəmənin qərarı yoxdur, binanın sahibi icarədarı çıxartmaq və ona təsir etmək hüquqlarına malik deyil.

Biznesmen qanun çərçivəsində hərəkət etməyi istəmir və hələ də Leyla Əhmədovanı girov saxlamaqda davam edir. Bütün icraçı orqanlar Ağayevin hərəkətlərinin qanunsuz olduğunu təsdiqləsələr də, heç kim Leyla Əhmədovanın müdafiəsinə qalxmağa, biznesmen tərəfindən təzyiqdən qurtarmağa çalışmır.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Süni balıq göllərinin taleyi necə olacaq? – VİDEO

%d bloqqer bunu bəyənir: